Dupuytren kontrakturası

Dupuytren kontrakturası (sinonimi - əl fibromatozu) - əl vətərlərinin ağrısız çapıqlaşması və qısalması nəticəsində əlin funksiyasının itməsinə və deformasiyasına deyilir. Dupuytren kontrakturası zamanı əl açılmır, əlin içində dəri döyənəkləri yaranır.

Dupuytren kontrakturasının aləmətləri:

• əl içi dərisində düyünlər və döyənəklər yaranır
• dəri altında, birləşdirici toxumadan yaranan və get-gedə bərkiyən tağlar yaranır
• tağlarla dartılmış barmaqlar pis açılır
• ağır dərəcədə Dupuytren kontrakturası zamanı barmaqların hissiyatı azalır

Dupuytren kontrakturasının diaqnostikası:
• bir cərrah və ya ortopedin müayinəsi;
• əlin rentgeni.

Fəsadları:
• barmaqlarının hərəkətsizləşməsi, oynaqların "donması";
• barmaqların həssaslığının geridönməz azalması.

Müalicə: vaxtında aparılmış cərrahi müalicə tam sağalma ilə nəticələnir.


Onlayn rezervasiya

Klinikaya gəlmədən öncə onlayn olaraq qeydiyyatdan keçin, uyğun zamanda və növbəsiz xidmətlərdən yararlanın.