Diz oynağının endoprotezləşdirilməsi

Əgər sizin diz oynağınızda ağrı, axsama, hərəki məhdudluq və yerişin çətinləşməsi kimi əlamətlər yaranıbsa, o zaman dərhal ortoped-travmatoloqa və ya ixtisaslaşmış ortopedik klinikaya müraciət edin. Burada sizin ağrıyan oynağınızın rentgenoqrafiyası aparılacaq və sizdə yaranan patalogiya aşkar olunacaq.

Yadda saxlayın ki, düzgün aparılmayan müalicə diz oynağı artrozunun daha da inkişaf etməsinə və yerimə qabiliyyətinin pozulmasına gətirib çıxarır. Bundan başqa yerimə qabiliyyətinin pozulması onurğa, çanaq-bud və ikinci diz oynağının xəstəliklərinin inkişafına səbəb olur.

DİZ OYNAĞININ QURULUŞU

Diz oynağı ölçüsünə görə canaq-bud oynağından sonra ikincidir. Diz oynağı bud sümüyünün və qamış sümüyünün oynaq səthi hesabına yaranır. Sümüklərin oynaq səthləri hialin qığırdaqla örtülmüşdür. Bu sümüklərin oynaq ucları arasında xüsusi qığırdaq törəmə -menisk yerləşir. Oynaq öndən dizüstü bağla örtülüdür, arxadan və yanlardan isə bağlar və vətərlərlə qorunur. Əgər bu bağlar zədələnərsə oynaq laxlayır və etibarsız olur. Xaricdən oynağı formalaşdıran sümüklər oynaq kapsulu ilə örtülmüşdür. Oynaqda qan damarları olmadığından qığırdaq toxumanın qidalanması oynaq mayenin (sinovial) hesabına baş verir.

DİZ OYNAĞININ ARTROZU NƏDİR?

Diz oynağının artrozuna və ya qonartroza hər 5 nəfərdən birində rast gəlinir. Xəstəliyin qadınlarda rastgəlmə tezliyi kişilərə nisbətən 2 dəfə çoxdur. Diz oynağına daim ağır yük düşdüyündən artrozun yaranma faktorlarından biri mexaniki faktor sayılır. Oynaq qığırdağının mikrotravmaya uğraması və onun üzərinə düşən ağırlıq nəticəsində qığırdağın strukturu pozulur. Nəticədə oynaq qığırdağının vaxtından əvvəl dağılması və diz oynağının zədələnməsi baş verir.
Diz oynağının artrozu bir çox əlamətlərlə özünü biruzə verir. Periodik olaraq ağrılar yuxudan sonra və uzun müddət oturaq vəziyyətdən sonra yaranır. (başlanğıc ağrılar) İkinci mərhələdə xəstəni “start ağrılardan” başqa uzun müddət ayaqüstə dayandıqda və ya gəzdikdə yaranan ağrılar da narahat edir. Bu zaman xəstə oynaqlarda artan hərəki məhudluqan və aydın nəzərə çarpan əzələ hipotrofiyasından (arıqlama) şikayət edir. III mərhələdə ayaqların əyilməsi baş verir. (x-vari və ya o-vari). Deformasiyaya uğramış diz oynağı şişir və qabarır. Diz oynağının hərəkəti kəskin məhdudlaşır və ya tam itir.
Xəstəliyin erkən dövrlərdə effektiv müalicəsi əsasən müalicəvi fiziki hərəkətlər, xüsusən üzgüçülük hesabına baş verir. Bu zaman oynaq kapsulu genişlənir və onun trofikası yaxşılaşır. Əgər konservativ müalicə effekt verməzsə və ya siz xəstəliyin gecikmiş mərhələsində həkimə müraciət edərsinizsə onda sizə cərrahi əməliyyat təklif olunacaq.

DİZ OYNAĞININ ENDOPROTEZLƏŞDİRİLMƏSİ..

Endoprotezləşdirmənin əsas məqsədi ağrını azaltmaq və oynağın funksiyasını bərpa etməkdir. Cərrahi əməliyyat zamanı oynağın zədələnmiş hissələri endoprotezlə (süni oynaq) əvəz olunur. Endoprotezin materialı insanın təbii toxumalarına uyğun olur. Endoprotezin hissələri sümük sementi vasitəsilə fiksasiya olunur.
Diz oynağı endoprotezinin müasir konstruksiyası bud və qamış sümüyü komponentindən ibarətdir. Endoprotezləşdirmədə stabilizator kimi bu oynağın zədələnməmiş bağlarından istifadə olunur. Bununla oynağın normal hərəkəti bərpa olunur və endoprotezin zədələnmə riski azalır. Cərrah həmçinin plastik elementlərdən istifadə edir. Bu qığırdaq funksiyasını yerinə yetirir və titrəməni azaldır.
Oynağın hissəvi zədələnməsi zamanı endoprotezləşdirmə hissəvi olaraq, zədələnmiş nahiyədə aparılır.
Müasir protezlər praktiki olaraq daimidir. İnsan orqanizmində quraşdırılmış protezlər 15-20 il qalır. Oynağın dağılması zamanı protezi yeniləmək mümkündür.

Vital Klinikada İrandan dəvət olunmuş Amerika təhsilli mütəxəssis Əsgər Qaderi diz problemi olan xəstələri qəbul edir.
Qəbula 012 437 52 20 050 377 44 44 nömrəli telefonlarla yazıla bilərsiz.


Onlayn rezervasiya

Klinikaya gəlmədən öncə onlayn olaraq qeydiyyatdan keçin, uyğun zamanda və növbəsiz xidmətlərdən yararlanın.