Dizdə ağrılar

Diz ağrılarında hər 5 insandan biri əziyyət çəkir. Xüsusilə bu yaşlı insanlar arasında daha çox yayilmış şikayətdir.
Diz ağrıları nədən ola bilər:
1. Diz oynağın artroz xəstəliyi (qonartroz).
2. Menisklərin zədələnməsi (meniskopatiya).
3. Oynağın iltihabı (artrit).
4. Bud-çanaq oynağın artroz xəstəliyi (koksartroz).
5. Diz oynaqlarda qan dövranın pozulmaları.
6. Diz vətərlərin iltihabı.

- Diz oynağın artroz xəstəliyi (qonartroz).dizdə olan ağrıların ən yayılmış səbəblərdən biridir. Adətən artroz 40 yaşından yuxarı olan insanlarda inkişaf edir. Artroz həm bir, həm də hər iki oynağı zədələyə bilir.
Xəstəlik tədricən bir neçə ay və hətta bir neçə il ərzində inkişaf edir. Əvvəllər dizdə olan ağrılar çox zəif ifadə olunur və yalnız insan uzun müddət ayaq üstə olduqdan sonra əmələ gəlir. Vaxt keçdikcə ağrılar güclənir, hətta çox az müddət ərzində gəzdikdən sonra əmələ gəlir. Stuldan qalxmaq, pilləkənlə qalxmaq və ya düşmək xəstə üçün xüsusilə çətin olur. Lakin dinc vəziyyətdə dizlər, demək olar, ağrımır və xəstə gecə saatlarında ağrıdan oyanmır.
Xəstəliyin növbəti mərhələsində ağrılarla yanaşı dizdə xırtıltı səsi əmələ gəlir və oynaq deformasiya olunur (öz normal formasını dəyişir). Qonartrozun bütün əlamətləri (ağrı, oynağın deformasiyası) illər keçdikcə daha da ağırlaşır, xəstə çətinliklə gəzir, köməksiz ayağa qalxa bilmir və s.

- Menisklərin zədələnməsi də dizdə olan ağrıların yayılmış səbəblərdən biridir. Menisk diz oynağının içərisində olan və amortizator rolunu oynayan qığırdaqdır. Meniskin zədələnməsi hər yaş dövründə ola bilər. Əksər hallarda 1 ayaq zədələnir.
Meniskin zədələnməsi travma nəticəsində olur. Qonartrozla müqayisədə meniskopatiya çox tez inkişaf edir. Bir çox hallarda bunun səbəbi yerimə, hoppanma, qaçma zamanı baş verən uğursuz hərəkətdir. Meniskopatiya idmançılarda daha tez-tez baş verir.
Zədələnmə zamanı insan dizdə xırtıltı səsi eşidir və kəskin ağrı hiss edir. Ağrı o dərəcədə güclü olur ki, insan hətta addım ata bilmir. Bəzən 10-15 dəqiqədən sonra ağrı azalır və xəstə hərəkət edə bilir. Lakin ertəsi gün və ya bir gündən sonra oynaq şişə bilər. Bu zaman meniskin zədələnməsinin xarakterik əlaməti meydana çıxır. Dizdə iynə sancması hissi yaranır, bəzi xəstələr şikayət edir ki, onlarda belə hiss yaranır ki, "dizə mısmar çalınıb" və ya "diz sanki indi sınacaq".
Xəstəliyin kəskin dövrü 2-3 həftə çəkir, daha sonra xəstənin vəziyyəti yüngülləşir. Düzgün müalicə olunmadan xəstəlik illərlə davam edir - ağrılar gah yox olur, gah da yenə əmələ gəlir. Kəskinləşmə adətən güclü fiziki gərginlikdən, yöndəmsiz hərəkətdən sonra inkişaf edir.
Qonartrozla müqayisədə meniskopatiya zamanı oynaq adətən zahiri deformasiya olunmur, Lakin bəzi hallarda meniskin zədələnməsi artrozun inkişafına səbəb olur.

Artrit də diz ağrıların səbəbi ola bilər. Artrit hər yaş dövründə inkişaf edə bilər, lakin əksər hallarda xəstəlik cavan yaşlarda başlayır. Artrit zamanı həm bir, həm də hər iki oynaq iltihablaşa bilər. Artritin bir neçə növü var.
Artrit tez inkişaf edir (1-3 gün ərzində). Oynaq ödemləşir və şişir. Artritin ən xarakterik simptomu gecə ağrılarıdır (təxminən gecə saat 3-4 radələrində). Ağrılar o dərəcədə güclü olur ki, insan ağrıdan yuxudan oyanır. Gecə saatlarında, insan yatanda ağrı gündüz saatlarla müqayisədə daha güclü olur. Vəziyyətin dəyişməsi, soyuq, isti ağrını azaltmır. Yalnız xüsusi iltihabəleyhinə preparatların qəbulu ağrını azaldır.
Artritin, demək olar, bütün növləri bir yox, bir neçə oynağın iltihabına səbəb olur (diz oynaqlardan əlavə ayaq və əl barmaqları oynaqları, dirsək, baldır-pəncə oynaqları da zədələnir).

- Nadir hallarda olsa da bud-çanaq oynağın artrozu (koksartroz) dizlərdə yaranan ağrılara səbəb ola bilir. Bu halda ağrı "əks olunmuş" xarakter daşıyır. Bu zaman diz oynaqların hərəkətliliyi pozulmur, diz oynaqları şişmir, deformasiya olunmur.


- Qan dövranın pozulması da dizlərdə ağrılara səbəb ola bilər. Adətən belə ağrılar insanda yeniyetmə dövründə ilk dəfə əmələ gəlir. Məsələ burasındadır ki, bu zaman orqanizm sürətlə inkişaf edir və bəzən sümüklərin böyüməsi damarların inkişafını çox qabaqlayır. Nəticədə isə pozulma yaranır.
Belə ağrılar ilk dəfə əmələ gəldikdən sonra insanın ömrünün sonuna kimi saxlanıla bilir. 18-20 yaşından sonra ağrılar azalır (məsələn, artrozda isə, əksinə olaraq, illər keçdikcə ağrılar daha da artır).
Qan dövranın pozulması ilə bağlı olan diz ağrıları diz oynağının hərəkətliliyini pozmur.
Ağrılar hər iki dizdə hiss olunur. Belə ağrıların yaranmasına havanın dəyişilməsi, soyuq, soyuqlama, fiziki gərginliklər səbəb ola bilər. Əksər hallarda belə ağrılar xüsusi isidici məlhəmlərin sürtülməsi, masaj (və ya özü-özünü masaj) və xüsusi damarları genişləndirən preparatların qəbulundan sonra keçir. Belə hal heç bir xüsusi müalicəni tələb etmir.


Onlayn rezervasiya

Klinikaya gəlmədən öncə onlayn olaraq qeydiyyatdan keçin, uyğun zamanda və növbəsiz xidmətlərdən yararlanın.