Plastik və estetik cərrahiyyə tarixi



Gözəllik nədir? Bu sualın cavabı göründüyü kimi asan deyil. Lakin bir şeyi əminliklə deyə bilərik ki, insan anadan olandan onun gözəllik duyumu olur, və insan hər zaman gözəlliyə səcdə edir. Tarix boyu bu belə olub və olacaq. Irqindən, dinindən, millətindən, yaşadığı dövrdən, yaşından asılı olmayaraq hər bir insanın gözəlliyə daimi və azalmayan ehtiyacı var. Gözəlliyin müxtəlif növləri var. Bu gün biz vizual, yəni gözlə görünən gözəllikdən -insan üzünün və bədəninin gözəlliyindən danışmaq istəyirik. Mənəvi, daxili gözəlliyin nə gədər vacib, daha önəmli olduğunu hamımız qəbul etsəkdə, rəssam və şairlərə qoşularaq hamımız tanrının yaratdığı gözəlliklər qarşısında baş əyməyə hazırıq. Bu baxımdan plastik və estetik cərrahiyyənin yaranması və inkişafı tam təbii və məntiqli sayıla bilər.

Bu gün plastik cərrahiyyə möcüzələr yaradır . Bizə elə gəlir ki, plastik cərrahiyyə tibbin cavan bir bölməsidir, tarixi 100-150 ildən artıq deyil. Lakin əslində plastik cərrahiyyə, bizim eradan 3 min il əvvəl artıq mövcud idi. Hələ qədim Misirlilər plastik əməliyyatlar nə olduğunu bilirdilər. Misir həkimləri papiruslar üzərində travma almış burunların korreksiyası, dovşan dodaqlığın ləğvi kimi plastik əməliyyatlarin aparılma texnikasını yazıb təsvir etmişdilər.Həmçinin Hindistanda Susita Sangita adlı həkim kəsilmiş burunları bərpa edirmiş, və onun bu əməliyyatları ətraflı təsvir etdiyi yazıları qalmışdır .



Bizim eranın VII-ci əsrində İsgəndəriyyədə Həkim Paulos Adjili kişi süd vəzisinin keçildilməsi kimi estetik əməliyyatlar həyata keçirirdi (müasir liposaksiyaya bənzər).
Avropada isə, plastik əməliyyatları ilk dəfə İtaliyalı həkim Qaspar Talyakossi həyata keçirib. Məhz o, öz yazılarında amputasiya olunmuş (kəsilmiş) burunun xəstənin alın və yanağından dəri götürərək bərpa olunması əməliyatının texnikasını təsvir etmişdir.
Həmin dövrlərdə Avropada sifilis epidemiyası əhali arasında burunların zədələnməsi hallarının çoxalmasına gətirib çıxarmışdı. Bunun nəticəsində də burnun bərpası-plastik əməliyyatları çox papulyar olmuşdur . Bu dövr bitdikdən sonra bir müddət plastik təbabətdə durgunluq sürdü. Müasirləri Qaspar Talyakossinin etdiyi əməliyyatları “qeyri-qanuni” hesab edirdi, plastik cərrahiyyəyə maraq tam itmişdi. Yalnız XIX əsrin əvvəllərində plastik cərrahiyyənin yenidən inkişafı başladı. Buna elm və texnikada baş verən yeniliklər, antiseptik maddələrin, yeni cərrahi alətlərin meydana çıxması da təkan verdi .

Tarixdə baş verən iki böyük faciə- iki dünya müharibəsi də, həmçinin plastik cərahiyyənin inkişafında böyük rol oynadı. Müharibədə yaralanmış, zədə almış on minlərlə insanlar sağlamlıqları ilə yanaşı zahiri görünüşlərinin də bərpa olunmasını arzulayırdılar.
Bu böyük təlabat nəticəsində plastik cərrahlar mürəkkəb yaralardan, yanığlardan, donmalardan sonra əmələ gəlmiş üz və bədən qüsurlarının bərpasına yönəlmiş çox saylı və müxtəlif plastik əmliyyatlar həyata keçirməyə başladılar.
İkinci dünya müharibəsindən sonra isə plastik cərrahiyyədə yeni bir dövr başladı. Üzün və bədənin zədə, travma nəticəsində yaranmış qüsurlarının aradan götürülməsi ilə yanaşı estetik əməliyyatlara, yəni bədənin gözəlləşməsinə yönəlmiş əməliyyatlara da ehtiyac yarandı.

1899-cu ildə həkim H. Kelli ilk dəfə abdominoplastika əməliyatını həyata keçirmişdir.
Süd vəzilərinin kiçildilməsi və böyüdülməsi (mammoplastika ) əməliyyatlarına da, təxminən həmin zamanlarda cəhdlər olunmuşdur .
İlk vaxtal implant əvəzinə müxtəlif dolqulardan, o cümlədən parafindən, meyiddən alınan piydən istifadə olunurdu . Belə əməliyyatların nə ilə nəticələndiyini təsəffür etmək çətin deyil .
İlk silikon implantdan isə 1961 ci ildə ABŞ-da istifadə olunmuşdur. Silikon implantlar bu günə gədər plastik cərrahiyyədə döşlərin, yanların ayaqların və s. böyüdülməsində çox geniş istifadə olunur.



20-ci əsrin 20-ci illərindən başlayaraq, hal hazırda ən mürəkkəb plastik əməliyyat sayıla bilən cinsiyyətin dəyişilməsi ilə əlaqədar plastik əməliyyatlar həyata keşirilib.

Bu gün plastik cərrahiyyə surətlə inkişaf edən, gündən-günə öz imkanlarını artıran müasir bir elmə-sənətə çevrilib. Azərbaycanda da, plastik cərrahiyyə uğurla inkişaf etməkdədir. Gözəl və cavan qalmaq istəyənlərin nəzərinə: inoplastika, otoplastika, feysliftinq, mammoplastika, liposaksiya, abdominoplastika- üzdə və bədəndə olunan bu plastik əməliyyatlar siyahısını davam etmək olar...

Vital klinika sizə geniş spektrdə hər cür plastik əməliyyatlar təklif edir. Yerli və xarici mütəxəssislərimiz sizin ən fantastik arzularınızı həyata keçirmək üçün bütün bilik və acarıqlarını istifadə edib, sizə sevinc və xoşbəxtlik bəxş edəcək. Güləriz, qaqığıkeş və profesional personalımız isə sizin klinikada keçirdiyiniz saatlarin komfortlu və xoş olmasını təmin edəcək.

Asanlıqla bizimlə əlaqə saxlayın 012 437-52-20, 050 377-44-44


Onlayn rezervasiya

Klinikaya gəlmədən öncə onlayn olaraq qeydiyyatdan keçin, uyğun zamanda və növbəsiz xidmətlərdən yararlanın.