Saçların transplantasiyası



SAÇ TÖKÜLMƏ VƏ KEÇƏLLƏŞMƏ


Saç tökülməsi- yaşlanma, hormonal dəyişikliklər , irsi keçəlliyə meyl, saç və dərinin xəstəlikləri, qidada vitamin və mikroelementlərin çatışmazlığı, stress və s. amillərin nəticəsində nəticəsində ortaya çıxır. Saç tökülməsi nə qədər erkən başlayarsa, keçəlləşmə o gədər şiddəti olur. Travma və ya yanıq nəticəsində baş verən kecəlləşmə adətən plastik və rekonstruktiv cərrahiyyə metodları ilə aradan qaldırılır.

Saç tökülməsinin qarşısini almaq və tökülmüş nahiyyələrdə tükləri bərpa etmək mümkündür.Vital klinikada bu problemlə müraciət edən ilk növbədə tam müayinə olunur:
Mədə bağırsaq sisreminin yoxlanılması, qalxanabənzər vəz, böyrəküstü vəz hormonları, testosteron və digərlərinin qanda təyini, nəcisdə qurd yumurtalarının təyini, saç dibindən əkilmə, psixolojo testlər, və digər lazım olan müayinələr təyin olunur.

Nəticədə bir və ya bir neçə amil aşkar olunur ki, bunlar da seçıləcək müalicə taktikasını müəyyən edir.

Vital klinikada saç tökülmə problemi kompleks müalicə olunur:
1. Ekstrakorporal metodlar
2. Fizioterapiya
3. Farmakoterapiya
4. Fitoterapiya
5. Xalq təbabəti metodları
6. Özəl reseptlər

İrsi xarakter daşıyan saç tökülmə ən çətin qarşısı alinan və ən çox rasr olunandır. Bu halda müalıcələr az və qisa müddətli effekt verə bilər. Bu halda saç əkilmə metodikaları çıxış yolu sayıla bilər. Artıq 30 ildən çoxdur ki, plastik cərrahlar saçların transplantasiya əməliyyatlarını uğurla həyata keçirirlər.
Əməliyyat sağlamlıq üçün tam zərərsizdir. Yerli keyitmə altında aparılır. 1 seans 5-6 saat davam edir. Əməliyyatdan sonrakı dövr xüsusi rejim və qulluq tələb etmir, bəzi ümumi məsləhətlərə riayət etmək lazımdır.


SAÇ ƏKİLMƏSİ ƏMƏLİYYATLARI METODLARI


1. FUT (Follicicular Unit Transplantation)texnikası: Saçlı dəri zolağı kəsilərək və çıxarılaraq bir-bir saç kökləri ayrılır.
2. FUE (Folliculer Unit Extraction) texnikası: Saç kökləri xüsusi bir alətlə bir-bir götürülür.

Saç əkilməsində əldə edilən son nailiyyət mikroqreftlərin tətbiq olunduğu mikroimplantasiya texnikasıdır. Bu metod ən ideal görünüşü təmin edir. Bu texnikanın məqsədi başın arxa hissəsində mövcud olan saçların saçsız hissəyə daşınmasıdır. Ənsə hissəsində yerləşən saçlar genetik olaraq daha çətin tökülür. Saç əkilməsi əməliyyatı bu hissədəki uzun ömürlü saç köklərini saçsız hissələrə daşınması əməliyyatıdır. Bunlar 1-2 və ya 3 saç kökünü əhatə edən mikro və ya mini qreftlər halındadır. Əkilmə istiqaməti uyğun və dərinlikləri yetərli olmalıdır.

Asanlıqla bizimlə əlaqə saxlaya bilərsiniz: 012 437-52-20, 050 377-44-44




Onlayn rezervasiya

Klinikaya gəlmədən öncə onlayn olaraq qeydiyyatdan keçin, uyğun zamanda və növbəsiz xidmətlərdən yararlanın.