Laparoskopik cərrahiyyənin üstünlükləri nədir?
Laparoskopik cərrahiyyənin üstünlükləri nədir?
Vital Cərrahiyyə Mərkəzində - aparılan laparoskopik cərrahi əməliyyat ən son texnologiyaların tətbiqi ilə həyata keçirilir:
Laparoskopik
cərrahiyyədə - açıq əməliyyatlardan fərqli olaraq, əməliyyat qarın üzərində 3-5
xırda dəlik açılmaqla həyata keçirilir. Əməliyyatın gedişatına cərrah monitorda
izləyir, və manitora baxa-baxa əməliyyat edir. Vital Cərrahiyyə Mərkəzində öd
daşı, yırtıqlar, appendisit, mədə kiçiltmə əməliyyatı, bir sira ginekoloji
əməliyyatlar laparoskopla həyata keçirilir (sonsuzluğun laparoskopik
diaqnostikasi, boru hamiləliyi, polikistoz, yumurtalıq kistaları, endometrioz,
uşaqlıq fibromiomaları, uşaqlığın amputasiyası,və s.). Laparoskopik
cərrahiyyənin bir sıra danılmaz üstünlükləri var:
1. laparoskopiya xəstə üçün aztravmatik, yüngül əməliyyatdır.
2. Laparoskopik əməliyyat zamanı sağalma müddəti adi əməliyyatdan 4-5 dəfə qısa
olur.
3. Kosmetik effekt. (kəsiyin, çapıqın olmaması)
4. Laparoskopik əməliyyatlardan sonra reproduktiv funksiyanın bərpası
(hamiləliyin baş verməsi və davam etməsi), açıq əməliyyatlara nisbətən nəzərə
çarpacaq dərəcədə yüksəkdir.
5. Üzvün saxlanması ilə cərrahi müdaxilələr etmək imkanı. (uşaqlıqdan kənar
hamiləik, uşaqlıq mioması, yumurtalıq kistası və s. hallarda). 6. Əməliyyat
sonrakı bitişmələr əmələ gəlmə riskinin minimal olması.
7. Laparoskopiya olunmuş xəstələrdə həyat keyfiyyətinin və psixo-emosional
durumun daha yüksək olması.
Müasir cərrahiyyədə laparoskopik üsulla olunan əməliyyatlar gün-gündən
təkmilləşərək bəzi patologiyalar üçün qızıl standarta çevrilib.
Əlaqə nömrələri:(012) 440 03 33; (012) 449 99 99; (050) 285 95 31; (050) 312 23 12 (whatsapp)
Laparoskopik emeliyyat 20% ENDIRIMLE
Unvan. Bakı ş. Yeni Yasamal D.Bünyadzadə