Qurdağızlıq

QURD AĞIZLILIQ-damağın bitişməməsi.



Damağın bitişməməsi (qurd ağızlılıq) yeni doğulmuş körpələrin təxminən 2 minindən birində olur və çox zaman dovşan dodaqlıq ilə birgə müşahidə edilir. Defekt üst çənə çıxıntısının orta burun çıxıntısı ilə və damaq ilə xış sümüyünün birləşməməsi nəticəsində əmələ gəlir.
Səbəbi. Bu potologiyanın səbəbi tam aydınlaşdırılmayıb, lakin hamiləliyin birinci trimesrtində (ilk üç ay) ananın keçirdiyi virus infeksiyaları (toksoplazma, sitomeqalovirus, herpes, məxmərək), cinsi yolla keçən infeksiyalar, hamiləlik dövründə qəbul edilən dərman preparatları, qeyri-kafi ekoloji şərair və s. faktorlar, həmçinin irsi meyllik bu eybəcərliyin yaranmasına gətirib çıxara bilər.

Damağ bitişməməsinin 4 dərəcəsi var :
1. Yumşaq damaq bitişməməsi
2. Yumşaq damağın tam, sərt damağın hissəvi bitişməməsi
3. Birtərəfli yumşaq və sərt damaqların tam bitişməməsi
4. İkitərəfli yumşaq və sərt damaqların tam bitişməməsi.

Ağız boşluğu ilə burun boşluğu arasında damaq yarığı vasitəsi ilə əlaqə yaranmasına görə, qidanın bir hissəsi burun boşluğuna keçə bilir, bu da qidalanmanı pozur. Nəfəs alma zamanı havanın filtrasiyası, onun nəmlənməsi və qızması pozulduqda tənəfüs yollarının tez-tez xəstələnməsinə ( pnevmaniya ), hətta uşağın ölümünə səbəb olur. Uşaq gec danışır, nitqində sözlərin aydın olmaması aşkar edilir.

Bu defektlə doğulan uşaq pediatr tərəfindən müayinə edilməlidir. Beləliklə başqa qüsurlar varsa aşkar olunur və lazımı tədbirlər görülür. Xəstəni düzgün qidalandırmaq son dərəcədə önəmlidir. Damaq yarığı olan uşaq düzgün şəkildə döş əmə bilməz. Südün nəfəs yollarına və orta qulağa getməsinin və iltihab yaranmasının qarşısını almaq üçün uşağı bəslərkən gövdəsini 45-60 dərəcə bucaq ilə tutmaq lazımdır. Süd və yeməklər kiçik qaşıqla verilməlidir. Yeməklər əməliyyatdan sonraki dövrdə də qaşıq ilə veriləcəyi üçün uşağın bu cür qidalanmaya vərdiş etməsi məsləhətdir.

Xəstənin damaq yarığı çox genişsə əməliyyatdan qabaq damaq üçün xüsusi protez hazırlanır və hər 4-6 həftədə bir dəyişdirilir. Yaxud da damağı daraldmaq üçün çənə sümüyünə özəl cihaz (palatal distraktor) yerləşdirilir.

Əməliyyat. Xəstə 2-3 aylığına çatanda dodaq əməliyyatı aparılır. Bəslənmə əməliyyatdan 2-3 saat sonra başlayır, dodağa qoyulan tikişlər isə 5-6 gün sonra çıxardılır. Damaq əməliyyatı uşaq 10-12 aylıq ikən aparılır. Beləcə uşağ danışmağa, normal qidalanmaya başlamadan ağız boşluğunun bərpəsı tamamlanır.
Əməliyyat daha sonra da aparıla bilər, lakin 18 aydan o tərəfə geciktirilməməlidir.

Xəstə 6-8 yaşında ikən yan kəsici dişlərin düzgün çıxması üçün diş sümüyündəki yarığın tikilməsi əməliyyatı ayrıca aparılır.16-18 yaşında burun əməliyyatı (rinoseptoplastika) aparılır. Eyni yaşlarda, alt çənədə önə çıxma varsa çənəni arxaya alma əməliyyatı aparılır.
Cərrahi müalicə xaricində nitq qüsurlarını zamanında aşqar edib düzəltmək üçün damaq yarığı olan xəstə loqoped nəzarəti altında olmalıdır. Dişlərin düzgün çıxması üçün xəstə arabir ortodont müayinəsindən keçməlidir.

Asanlıqla bizimlə əlaqə saxlayın 012 437-52-20, 050 377-44-44


Onlayn rezervasiya

Klinikaya gəlmədən öncə onlayn olaraq qeydiyyatdan keçin, uyğun zamanda və növbəsiz xidmətlərdən yararlanın.