Anal çat

Anus çatı


Anus çatı (anal çat) dedikdə düz bağırsaq çıxacağının selikli qişasının xətvarı defekti nəzərdə tutulur. Bu xəstəliyə, əsasən gənc və orta yaşlı şəxslərdə rast gəlinir. Anus çatının etio-patogenezini mexaniki amillərin təsiri ilə izah edirlər. Bərk nəcis kütlələrinin anus halqasından keçəndə onu dartıb genəltməsi və mikroxəsarət törətməsi anus çatının inkişafına səbəb ola bilər. Bu hal qəbizliklə müşayiət olunan kolitlər zamanı xüsusən çox müşahidə edilir.
Xəstəliyin kliniki əlamətlərindən ən əsası yerli ağrı simptomudur. Ağrı defekasiya zamanı və ya ondan sonra başlayaraq bir neçə saat ərzində davam edir.


Müalicəsi konservativ və cərrahi üsullarla aparılır. Hər şeydən əvvəl qəbizlik aradan götürülməlidir. Bu məqsədlə hər gün defekasiyadan qabaq təmizləyici imalə məsləhət görülür. İmalə nəcis kütlələrini xırdalayaraq çat nahiyəsinə edilən mexaniki təsirini azaldır.

Vital Klinikada həm kişi həm də qadın proktoloqları işləyir. Həkim mütəxəssis qəbuluna 012 437 52 20 və 050 312 23 12 telefon nömrələri ilə yazıla bilərsiz, həmçinin info@vital.az mail adresinə, sizi maraqlandıran sualları göndərə bilərsiz.


Onlayn rezervasiya

Klinikaya gəlmədən öncə onlayn olaraq qeydiyyatdan keçin, uyğun zamanda və növbəsiz xidmətlərdən yararlanın.