Xroniki paraproktit

Xroniki paraproktit öz-özünə açılmış və ya cərrahi yolla yaırlmış kəskin paraproktit, sağaldıqdan sonra yerində düz bağırsaq və ya anus fistulaları əmələ gəlir. Belə fistulalara ədəbiyyatda xroniki paraproktit də deyirlər. Xroniki paraproktit cərrahi üsulla açılmış kəskin paraproktitdən sonra 35 %, öz özünə açılmış irinlikdən sonra 68 % hallarda rast gəlinir.
Düz bağırsaq fistulaları tam və natamam olmaqla iki qrupa bölünür. Tam fistulanın bir ucu bağırsaq boşluğuna, digər ucu isə dəri üzərinə açılır.
Fistulanın daxili dəliyinin mövcudluğunu aşağıdakı sadə üsulla yoxlamaq olar. Düz bağırsaq mənfəzinə tənzif parçası yeridilir. Fistulanın xarici dəliyindən şprislə rəngli maye yeridilir. Çıxarılmış tənzif parçasından həmin rəng ləkəsinin olması fistulanın bağırsaq mənfəzinə açıldığını göstərir və əksinə.
Müalicəsi . Düz bağırsaq fistulaları cərrahi yolla müalicə olunur. Bu xəstəlikdə tətbiq edilən bütün operasiya növləri beş qrupa bölünür :
1. Fistulanın yarılması
2. Fistulanın kəsilib götürülməsi
3. Fistulanın kəsilib götürülməsi və daxili dəliyin selikli qişa parçası ilə qapanması
4. Fistulanın kəsilib götürülməsi və yara dibinə dəri kənarının tikilməsi
5. Digər operasiya növləri
Operasiya yerli və ümumi keyitmə şəraitində aparılır.

Vital Klinikada həm kişi həm də qadın proktoloqları işləyir. Həkim mütəxəssis qəbuluna 012 437 52 20 və 050 377 44 44 telefon nömrələri ilə yazıla bilərsiz, həmçinin info@vital.az mail adresinə, sizi maraqlandıran sualları göndərə bilərsiz.


Onlayn rezervasiya

Klinikaya gəlmədən öncə onlayn olaraq qeydiyyatdan keçin, uyğun zamanda və növbəsiz xidmətlərdən yararlanın.