Kəskin paraproktit




Düz bağırsağın iltihabi xəstəlikləri


Bu xəstəlilər qrupuna düz bağırsağın selikli qişası ( proktit, kriptit ) ətraf boşbirləşdirici toxumasının iltihabını ( paraproktit ) aid etmək olar.
Tibbi praktikada paraproktit daha tez-tez müşahidə edilir.
Proktoliji xəstəliklərdən rastgəlmə tezliyinə görə paraproktitlər hemarroy, anus çatı və kolitlərdən sonra dördüncü yeri tutur. Paraproktitlər kəskin və xroniki olmaqla iki qrupa bölünür : kəskin paraproktit, xroniki paraproktit.

Kəskin paraproktit

Etiopatogenezi . Düz bağırsaqətrafı boş birləşdirici toxumanın kəskin iltihabının törədicisi, adətən, bağırsq çöpləri, streptokokk, stafilokoklardır.Nadir hallarda burada anaerob infeksiyaya da rast gəlinir.
İnfeksiya mənbəyi rolunu oynayan çox vaxt iltihablanmış selikli qişa büküşləri və ya anus vəziləridir. Bu vəzilərin axarları iltihab nəticəsində tutulduqda infeksiya vəzi ətrafı piy toxumasına yayılaraq paraproktitin inkişafına səbəb olur. İnfeksiya qapısı rolunu bəzi hallarda düz bağırsağın selikli qişasının mikroxəsarətləri də oynaya bilər. İrinli iltihabın yerləşmə nahiyələrindən asılı olaraq dərialtı, selikaltı, oturaq-düz bağırsaq, çanaq-düz bağırsaq paraproktitləri ayırd edilir.
Klinik mənzərəsi. Xəstəlik düz bağırsaq nahiyəsindəki güclü ağrı və yüksək temperaturla başlayır. Bəzən reflektor olaraq sidik, nəcis ifrazı pozğunluğu baş verir. Qanda leykositlərin sayı artır. Dərialtı, selikaltı paraproktitlərdə müvafiq sahədə dəridə qızartı və şişkinlik görünür. Daha dərin yerləşən irinliklərdə dəridə ciddi dəyişikliklər olmur. Belə paraproktitlərin diaqnozu iltihaba xas əlamətlərə, düz bağırsaq güzgüsü və barmaq müayinələrinin nəticəsinə əsasən qoyulur. Barmaqla müayinədə düz bağırsağın irinliyə müvafiq divarının qabarması, ağrılı olması qeyd edilir.
Müalicəsi. Kəskin paraproktit cərrahi yolla müalicə olunur. Yerli və ya ümumi keyitmə şəraitində irinlik dəri və ya düz bağırsaq mənfəzindən yarılır, drenaj edilir. Operasiya digər irinli xəstəliklərdə şərti qəbul olunduğu kimi, adətən, birinci yuxusuz keçirilmiş gecədən sonra aparılır.


Onlayn rezervasiya

Klinikaya gəlmədən öncə onlayn olaraq qeydiyyatdan keçin, uyğun zamanda və növbəsiz xidmətlərdən yararlanın.