Plazmaferez (qanın ekstrakorporal təmizlənməsi)

1. Qanın ekstrakorporal təmizlənməsi nədir?
2. Hansı xəstəliklərdə effektivdir?
3. Plazmaferez harada və necə tətbiq oluna bilər?
4. Əməliyyatdan öncə aparılan müayinələrin siyahısı.

Orqanizmin həyat fəaliyyəti nəticəsində insanın orqan və sistemlərinin işinə və funksional vəziyyətinə mənfi təsir göstərə bilən xeyli miqdarda toksik maddələr yaranır və ya xaricdən orqanizmə daxil edilir.
Əlbəttə orqanizmin zərərli amillərdən özünümüdafiə mexanizmləri və toksinlərin neytrallaşdıraraq xaric olunması sistemləri mövcuddur. Lakin urbanizasiya, korlanmış ekologiya və sürətli həyat ritmləri şəraitində orqanizmi “şlaklardan” təmizləmə funksiyası daşıyan orqan və mexanizmlər heç də həmişə bu işin öhdəsindən gələ bilmirlər. Bu, lazımsız maddələrin toplanmasına, orqanizmin daxili mühitinin dəyişməsinə səbəb olur və nəticədə orqanizm üçün təhlükəli olan ciddi mübadilə pozuntularının və pataloji halların formalaşması baş verir. Beləliklə əsasında immun sistemin pataloji dəyişiklikləri (allergik dəyişikliklər, autoimmun reaksiyalar, immunitetin və müqavimətin zəifləməsi) və mübadilə proseslərinin pozulması duran bir sıra xəstəliklər - hipertoniya xəstəliyi, ürəyin işemik xəstəliyi, baş-beyin damarlarında sklerotik dəyişikliklər, şəkərli diabet və.s. inkişaf edir.

Bu xəstəliklərin əksəriyyətində tətbiq olunan ənənəvi müalicə üsulları yalnız xəstəliyin simptomlarını aradan qaldırır - allergik reaksiyanın və ya infeksiya inkişafının qarşısını alır, bronxial astma tutması zamanı bronxları genişləndirir, və yaxud arterial təzyiqi azaldır və.s.; eyni zamanda bu effekt xəstəliyi yaradan əsas səbəbə toxunmur və bir sıra əlavə təsirlər bahasına əldə olunur.

Məntiqi nəticə alaraq güman etmək olar ki orqanizmin fəaliyyətinin məhsulu olan toksik maddələrin xaric olunması xəstəliklərin gedişatında dönüş nöqtəsi ola bilər.
Efferent terapiya üsulları, yəni zərərli maddələrin birbaşa yolla xaric edilməsi məhz orqanizmin daxili mühitinin təmizlənməsinə yönəlmişdir.
Bu üsulların ən effektiv növləri plazmaferez və hemosorbsiyadır; bu zaman toksinlər immun komlpekslər, xolesterin və müxtəlif xəstəliklərə səbəb olan digər maddələr qandan xaric olunur.

Plazmaferez.
Bu üsulun əsasında qanın formalı elementlərinin plazmadan ayrılması durur. Formalı elementlər xəstəyə qayıdır, tərkibində zərərli maddələr olan plazma isə digər məhlullarla əvəz olunaraq orqanizmdən xaric olunur. Beləliklə, plazma ilə orqanizmdən zərərli maddələrdə xaric olunur.

Hemosorbsiya.
Bu üsulun əsasında bəzi toksik maddələrin aktivləşdirilmiş kömür və digər səthi- aktiv maddələrin səthində fiksasiya olma qabiliyyəti durur. Xəstənin qanı sorbsion aparatda yerləşən səthi-aktiv strukturlardan keçərkən, toksik maddələr fiksasiya olunur, təmizlənmiş qan isə xəstəyə qayıdır.

Ekstrokorporal müalicə üsullarının digər üsullardan fərqi nədədir- sualı məqsədə uyğundur. Bu üsulların əsasında biofizik qanunlar dayanır - bəzi toksinlərin strukturuna sərbəst radikal molekulları daxildir, yəni onlar elektrik yükü daşıyır və bu səbəbdən sorbentin üzərində fiksasiya oluna bilirlər. Digər tərəfdən, bir sıra pataloji maddələr qapalı struktura malik olduqları üçün elektrik yükü daşımırlar, neytraldırlar (məsələn: immun komplekslər, allergenlərin bəzi növləri, xolesterin və.s.) ; olan sorbentdə fiksasiya oluna bilmirlər. Belə hallarda plazmanın və plazmada həll olmuş toksinlərin bədəndən xaric olunmasına əsaslanan plazmaferez üsulu daha effektlidir.
Beləliklə plazmaferezin güclü immunokorrektor və reokorrektor (qanın realoji xüsusiyyətlərinin normallaşdırılması) xüsusiyyətlərinə, hemosorbsiya isə detoksikasiyaedici xüsusiyyətlərə malikdir. Təbii ki, davamlı müsbət nəticəni ən azı 3 prossedur keçirdikdən sonra əldə etmək olar. Müəyyən edilmişdir ki, 1-ci prosedurdan sonra qandakı toksinlərin səviyyəsi xeyli azalır, lakin bir neçə saatdan sonra artaraq prossedurdan əvvəlki səviyyəyə qalxır. Bu toxuma və hüceyrə səvviyyəsində həll olmuş toksinlərin aktiv şəkildə damar mənfəzinə keçməsi ilə əlaqədardır.

Digər efferent prossedurlar zamanı bu maddələr də xaric olur və nəticədə patogen maddələrin konsentrasiyasının xeyli azalması uzunmüddətli remissiyaya (xəstəliyin əlamətlərinin olmamasına) və hətta sağalmaya səbəb olur.

Vital klinikada plazmaferez aşağıdaki sahələrdə çox geniş və uğurla tətbiq edilir:
Ginekologiyada: qadın cinsi orqanlarının infeksion, iltihabi xəstəlikləri, o cümlədən xlamidioz, ureoplazmoz, mikoplazmoz, herpes və s. hamiləlik toksikozları, plasentar çatışmazlıq və s. hallarda tətbiq olunur.

Həmçinin pnevmaniya, xroniki bronxit, bronxial astma, ürəyin işemik xəstəliyi, aritmiyalar, hipertoniya, şəkərli diabet, revmatik xəstəliklər, virus hepatitləri, xroniki kolit, xroniki qastrit, qastroduadenit, mədə xorası, xroniki pielonefrit, xroniki sistit, xroniki prostatit, osteoxondroz, xroniki yorğunluq sindromu, dissirkulyator ensefalopatiya və bir çox başqa xəstəliklər zamanı bu metod kompleks müalicənin tərkib hissəsi kimi özünü doğrultmuşdur.

Asanlıqla bizimlə əlaqə saxlayın 012 437-52-20, 050 377-44-44


Onlayn rezervasiya

Klinikaya gəlmədən öncə onlayn olaraq qeydiyyatdan keçin, uyğun zamanda və növbəsiz xidmətlərdən yararlanın.