Ozonoterapiya XXI əsrin təbabətı

Ozonoterapiya kabineti müalicə-profilaktika müəssisəsinin mütəxəssisləri tərəfindən göndərilmiş xəstələrə ixtisaslaşmış müalicə-profilaktika yardımı göstərmək üçün nəzərdə tutulmuşdur. Ozonoterapiya cərrahiyə, terapiya, mama-ginekologiya, nevrologiya, dermotologiya, kosmetologiya, stomatologiyada bir sıra xəstəliklərin, həmçinin dəri-zöhrəvi xəstəliklərin müalicəsində tətbiq edilir.

Ozonoterapiya kabinetində bu prosseduralar yerinə yetirilir:

1. Xarici ozonoterapiya zonasında
- ozonlaşdırılmış maye və yağların peroral qəbulu,
- karkas kameralarda ozon-oksigen qarışığı ilə şırınqa,
- yerli ozon vannaları,
- ozon-oksigen qarışığının dərialtı və əzələdaxili yeridilməsi,
- ozon-oksigen qarışığının oynaqdaxili yeridilməsi,
- ozonlaşdırılmış mayelər, antiseptiklər və yağların xarici istifadəsi,
- ozonlaşmış xırda dispers suyun inqalyasiyası.

2. Əsas prosedura zonasında:
- böyük ozonlu autohemoterapiya,
- kiçik ozonlu outohemoterapiya,
- ozonlaşdırılımış fizioloji məhlulun venadaxili yeridilməsi,
- ozon-oksigen qarışıqları ilə akopunktur terapiya.

Ozon nədir və necə təsir göstərir? Ozon-oksigenin formalarından biridir. Oksigenin kimyəvi formulu O2 , ozonun kimyəvi formulu isə O3-dür. Ozonun müalicəvi təsirlərinin müxtəlifliyi onun yerli tətbiq edildikdə əks-iltihab, immunomodulyator və bərpaedici effekti ilə bağlıdır. Ozon bakteriya, virus və göbələklərə həmçinin ibtidai orqanizmlərə öldürücü təsir göstərir. Sistem şəkildə tətbiq edildikdə isə oksigenin hipoksiyalı (oksigen çatışmazlığı) orqan və toxumalara daşınmasını bərpa edir, maddələr mübadiləsini və hormonal fonu normallaşdırır, intoksikasiyanı azaldır, damarları genişləndirir, mikrosirkulyasiyanı və qanın axıcılığını yaxşılaşdırır.

Ozonun teratogen təsiri olmadığından hamiləlik infeksiyalarının (herpes, xlamidioz, ureaplazmoz) müalicəsində medikamentoz terapiya ilə yanaşı tətbiq edilə bilər. Hamiləlik dövründə qadin qrip, angina və sair infeksiya ilə yolüxarsa ozon müalicə qəbul etməsi vacibdir. Ozonun vaxtinda qəbulu dölün infeksiyalaşmasinin qarşisini alir. Dölə lazimi qədər oksiqen catdirilir. Dölün bətndaxili inkişafi ücün optimal mühit yaranir. Anamnezində hamiləlik toksikozu , ölü döl, uşaq salma və s. mamaliq fəsadlari olan qadinlar hamiləlyin erkən dövründən başlayaraq ozon qəbul etməlidir. Hamiləlik nefropatiyasinin qarşınını alan əvəz olunmaz profilaktik mualicədir.

Ozonun aşağıdakı effektləri müəyyənləşdirilmişdir:
- antivirus əleyhinə,
- göbələk əleyhinə,
- immunostimulyator,
- qanda xolesterini azaltması,
- qanda şəkəri azaltması,
- damar genişləndirməsi (spazmın götürülməsi),
- qanın durulaşdırılması (trombəmələgəlmə riskini azaldır).

Ozonoterapiyanın tətbiqinə əks göstərişlər:
- qanın laxtalanma sistemində ciddi dəyişikliklər (hipokoaqulyasiya),
- qanaxmaya meyillik,
- alkoqol intoksikasiyası,
- hipertireoz
- fərdi həssaslığın olması.

Vital klinikada ozonoterapiya çox geniş və uğurla tətbiq edilir:
Ginekologiyada: qadın cinsi orqanlarının infeksion, iltihabi xəstəlikləri, o cümlədən xlamidioz, ureoplazmoz, mikoplazmoz, herpes və s. hamiləlik toksikozları, plasentar çatışmazlıq və s. hallarda tətbiq olunur.

Həmçinin pnevmaniya, xroniki bronxit, bronxial astma, ürəyin işemik xəstəliyi, aritmiyalar, hipertoniya, şəkərli diabet, revmatik xəstəliklər, virus hepatitləri, xroniki kolit, xroniki qastrit, qastroduadenit, mədə xorası, xroniki pielonefrit, xroniki sistit, xroniki prostatit, osteoxondroz, xroniki yorğunluq sindromu, dissirkulyator ensefalopatiya və bir çox başqa xəstəliklər zamanı bu metod kompleks müalicənin tərkib hissəsi kimi özünü doğrultmuşdur.

Asanlıqla bizimlə əlaqə saxlayın 012 437-52-20, 050 377-44-44


Onlayn rezervasiya

Klinikaya gəlmədən öncə onlayn olaraq qeydiyyatdan keçin, uyğun zamanda və növbəsiz xidmətlərdən yararlanın.