Otorinoloringologiya

Otorinolorinqologiya - qulaq, burun, burun ətrafı ciblər (sinuslar), qırtlaq və udlaq xəstəliklərinin səbəblərini öyrənən, diaqnostika və müalicəsi ilə məşğul olan klinik təbabət sahəsidir.

Otorinolorinqologiya yunan sözlərindən (otos-qulaq, rhinos-burun və laryngos-boğaz) əmələ gəlmişdir. Qısaca olaraq LOR adlanır. Vital klinika Avropa standartlarına cavab verən müasir diaqnostik avadanlıqlarla təchiz edilmişdir. LOR orqanlarının ən müasir metodlarla diaqnostika, müalicə və cərrahiyyəsi həyata keçirilir.
Otorinolarinqologiyada audiometriya, beyin sütununun eşitmə bölməsinin cavab-testi, elektronistaqmoqrafiya, kompyuter tomoqrafiyası, maqnit-rezonans üsulu ilə müayinə, USM və endoskopik müayinə üsulları uğurla tətbiq olunur.

Cərrahi müdaxilə tələb edən LOR-xəstəliklər bu gün hətta ambulator şəraitdə də müalicə olunur.
Krioterapiya və cərrahi lazerin tətbiqi əməliyyatların qanaxma olmadan yerinə yetirilməsinə imkan verir.
LOR praktikada kosmetik və plastik cərrahiyyə üsulları geniş tətbiq olunur. Eşitmə qabiliyyətinin bərpası əməliyyatı koxlear implantasiya üsulu neyrosensor ağıreşitmədən (karlıq) əziyyət çəkənlərin yeganə cərrahi reabilitasiya üsuludur.

Burun boğaz qulaq xəstəlikləri
Xroniki rinit
Allergik rinit
Haymorit
Xroniki tonzillit
Burun qanaxması
Burun travmaları
Rinoplastika
Otoplastika


Onlayn rezervasiya

Klinikaya gəlmədən öncə onlayn olaraq qeydiyyatdan keçin, uyğun zamanda və növbəsiz xidmətlərdən yararlanın.