qeyri-stabil onurga

ONURĞA SÜTUNUNUN QEYRİ STABİLLİYİ.


Onurğa sütunu insan skeletinin oxunu təşkil edir.


























Bədənin düz saxlanmasını və hərəkət etməsini təmin edən onurğa sütünu birbiri ilə hərəkətli surətdə birləşmiş fəqərələrdən ibarətdir.
Onurğa sütünunun içində olan kanalda onurğa beyni yerləşir. Yəni onurğa sütunu hərəkər funksiyası ilə yanaşı onurğa beynini qorumaq kimi bir vaçib funksiyası da var.
Onurğa sütünu xəstəlikləri osteoxondroz, fəqərə arası disk yırtıqları, skolioz, onurğa stenozu, spondilyoz, radikulit və s. yayılmış xəstəlilərdir ki bunlar ağrı, hərəkət məhdudluğu və bir sira başqa şikayətlər yaradır.



Əgər insanda gündəlik həyatda gördüyü adi işlər, hərəkətlərməsələn əyilib ayaqqabının bağını bağlamaq, çox ağır olmayan bir əşyanı itələyərək yerini dəyişmək, ofis və ev işlərini yerinə yetirmək ağrı və çətinlik törədirsə bu halda QEYRİ-STABİL ONURĞA SÜTUNU haqqında düşünmək lazımdır.
Sağlam onurğada fəqərələr bir biri ilə möhkəm birləşmış və hərəkət zamanı bir-birinin arxasıyla hərəkət edirlər. Qeyri stabillik zamanı isə bu hormoniya pozulmuş olur.
Onurğada sınıq, çıxıq və ya disk sürüşməsi- spondilolistez , onurğanın deformasiyası (skolioz, kifoz, lordoz) kimi hallarda onurğanın qeyri-stabilliyi əmələ gələ bilər.
Fəqərələrdə olan çatlar və ya artroz nəticəsində zədələnmiş fəqərə oynaqları fəqərələr arasındakı əlaqəni zəiflədir və hərəkət zamanı fəqərələrin sürüşməsi baş verir. Belə dəyişikliklər rentgen və MRT zamanı aydın görülür.


ONURĞANIN STABİLİZASİYASI



Onurğanın stabilizasiyası fəqərələrin bir- biri ilə xüsusi konstruksiyalarla birləşdirilməsidir. Adətən bunun üçün titandan hazırlanmış xüsusi şurup və lövhələrdən, implantlardan istifadə olunur. Adətən bu cərrahi əməliyyatlardan yalnız bütün başqa müalicə vasitələri fayda vermədikdə istifadə olunur.


Onlayn rezervasiya

Klinikaya gəlmədən öncə onlayn olaraq qeydiyyatdan keçin, uyğun zamanda və növbəsiz xidmətlərdən yararlanın.