protruziya

FƏQƏRƏARASI DİSK PROTRUZİYASI




Onurğanın seqmentar quruluşu ona mürəkkəb funksiyaları yerinə yetirməyə imkan verir.
Müxtəlif hərəkətlərin yerinə yetirilməsində fəqərəarası disklərin mühüm rolu var. Fəqərəarası disklər onurğanın 1⁄4 hissəsini təşkil edir.

Yaşla əlaqədar olaraq sümük toxumasında və fəqərəarası disklərdə degenerativ dəyişikliklər baş verir ki, bu da disklərin dağılmasına, onurğada ağrı hislərinin və nevroloji pozulmaların yaranmasına gətirib çıxarır.

Fəqərəarası disklərin protruziyası nədir?

Disklərin protruziyası -fəqərəarası diskin konturlarının fəqərə cisminin sərhəddindən kənara qabarmasıdır. Bu zaman fibroz halqanın dağılması baş vermir.

Protruziyanın yaranma səbəbini başa düşmək üçün onurğa sütununun anatomik quruluşuna diqqət yetirək.

Onurğa sütununun xüsusiyyətləri:
Fəqərəarası disklər periferiyada yerləşən fibroz həlqədən və mərkəzdə yerləşən nüvədən ibarətdir. Disklər fəqərələrlə hialindən ibarət plastinkalarla birləşmişdilər.


Diskin mərkəzində yerləşən nüvə 80% sudan ibarətdir.
Diskin onurğa kanalına doğru yerdəyişməsinə arxa boylama bağlar mane olur.

Vertikal gərginlik zamanı və həmçinin dönmələr zamanı diskin mərkəzində yerləşən nüvə yanlara doğru dartılır və nəticədə fibroz halqa gərilir. Sakitlik vəziyyətində isə nüvə normal vəziyyətini alır.
Bu onurğanın amortizasiya etmək qabiliyyətinə malik olduğunu göstərir.

Fəqərəarası diskin digər bir xüsusiyyəti - disklərin kiçik damarlarla qidalanmasıdır. 20-30 yaşdan sonra bu tam tükənir. Nəticədə maddələr mübadiləsi osmos və diffuziya hesabına baş verir.

PROTRUZİYANIN YARANMA SƏBƏBLƏRİ:


Yaş ötdükcə insanların fəqərəarası diskində degenerativ dəyişikliklər formalaşmağa başlayır.

Bunun əsas səbəbləri:

-irsiyyət
-həddindən artıq fiziki gərginlik (idmançılarda )
-travmalar
-qamətin pozulması

Bel və boyun nahiyəsində protruziyanın yaranma səbəbi həmin nahiyələrin yüksək hərəkiliyi nəticəsində disklərin üzərinə düşən gərginlikdir.

Xəstəliyin mərhələləri və nəticələri:



Gərginlik artdıqca mərkəzdə yerləşən nüvə periferiyaya doğru qabarmağa başlayır.

1. Fibroz halqanın xarici qatları saxlandığı vəziyyətlərdə disk onun nazilmiş sahələrinə doğru qabarmağa başlayır protruziya inkişaf edir.
2. Fibroz halqanın tam dağılması nəticəsində mərkəzi nüvə diskin sərhədlərindən çıxır, hətta kanalın mənfəzinə doğru qabarır-diskdə yırtıq yaranır.

Adətən qabarma yanlara doğru baş verir. Sinir köklərinin sıxılması nəticəsində ağrı baş verir-diskogen radikulit.
Bəzən qabarma arxaya doğru baş verir-arxa yırtıq. Bu zaman nevroloji əlamətlər patoloji prosesin yerindən asılı olaraq üzə çıxır. Bel nahiyəsində sinir köklərinin sıxılması, boyun nahiyəsində isə onurğa beynin boyun hissəsinin sıxılması baş verir.

Qığırdaq plastinlərinin tamlığının pozulması nəticəsində diskin nüvəsi qonşu fəqərəyə doğru yerini dəyişir-Şmorl yırtığı. Bu xəstəliyin gedişatı əlamətsiz olur.

Diskin distrofik dəyişikliləri nəticəsində onların sklerozlaşması və fəqərəarası məsafənin azalması baş verir-osteoxondroz inkişaf edir.

TƏSNİFATI VƏ PROTRUZİYANIN ÖLÇÜLƏRİ:

mərkəzi nüvənin yerdəyişmə istiqamətinə görə :

-Mərkəzi onurğanın mərkəzi xəttindən öndə yerləşir.

-Arxa (və ya dorsal) onurğanın mərkəzi xəttindən arxada yerləşir.
-Soltərəfli onurğanın sol tərəfi boyunca yerləşir.
-Sağtərəfli onurğanın sağ tərəfi boyunca yerləşir.
-Foraminal sinir kökü çıxan dəliyin ətrafında yerləşir.
-Medial yırtıq mərkəzdən periferiyaya doğru yerini dəyişir.
-Arxa median yırtıq mərkəzdən arxaya doğru yerini dəyişir
-Paramedian median yırtığın yanında yerləşir.
-Sirkulyar diskin dairəvi zədələnməsi baş verir.
-Diffuz müxtəlif səviyyələrdə çoxlu sayda yırtıqların olması.

Ölçüsünə görə :
-protruziya-1-3 mm
-prolaps -3-6 mm
-yırtıq-6-15 mm


Xəstəliyin səbəbləri və əlamətləri:

BOYUN NAHİYƏSİNİN PROTRUZİYASI

-əl, çiyin, boyun nahiyəsində ağrılar, ağrıların hərəkət zamanı artması, əzələ zəifliyi və atrofiyası ,hissiyyatın itməsi, ağır hallarda iflic.
Mərkəzi formada:

əzələ zəifliyi, yerişin pozulması, sidik ifrazat sisteminin pozulması, iflic


Döş nahiyəsinin protruziyası:
ürək nahiyəsində ağrı, ağrı nəfəsalma zamanı artır.

Bel nahiyəsinin protruziyası:
bel-oma, ayaq, bud nahiyəsində ağrı, onurğanın əyilməsi, hərəkət zamanı ağrının artması, hissiyyatın azalması xarakterdir.

Diaqnostika:
-rentgenoloji müayinə
-kompyuter və ya maqnit-rezonans tomoqrafiya.

PROFİLAKTİKA:

Yüngül fiziki hərəkətlər məsləhət görülür.



MÜALİCƏ:
Kəskin dövrdə xəstəyə sakitlik lazımdır.
Müalicə qeyri-steroidli iltihabəleyhinə, ödem əleyhinə, spazmı aradan qaldıran dərman vasitələri ilə aparılır.

Fizioterapevtik üsullar təyin olunur.

Cərahi müalicə:
Göstəriş:
-defekasiyanın pozulması
-yerişin pozulması
-əzələ zəifliyi


Onlayn rezervasiya

Klinikaya gəlmədən öncə onlayn olaraq qeydiyyatdan keçin, uyğun zamanda və növbəsiz xidmətlərdən yararlanın.