beyin shishleri

BAŞ BEYNİN ŞİŞLƏRİ.

İnsan vücudu çox çeşidli, müxtəlif funksiyalı hüceyrələrdən təşkil olunmuşdur. Bu hüceyrələrin çox böyük bir hissəsi həyatımız boyunca böyüyür və ölür.Ölən hüceyrələrin yerinə digər hüceyrələrin bölünməsi ilə yeniləri gəlir. Bu şəkildə vücudumuz sağlam qalır və öz funksiyalarını normal şəkildə yerinə yetirir. Lakin xəstəliklər və ya vücudumuza olan bir çox xarici təsirlər nəticəsində hüceyrələrin funksional fəaliyyəti pozulur və hüceyrələr böyümə kontrolunu itirərək sürətli şəkildə bölünməyə başlayırlar. Bu cür dəyişikliyə məruz qalan hüceyrələr tumor deyilən düzgün fəaliyyət göstərməyən hüceyrə toplusu yaradırlar. Eyni vəziyyət beyin və sinir hüceyrələrinə də aiddir. Hər il 16.000 insanda beyin şişi müşahidə olunur.



Şişlər xoşxassəli və bədxassəli olmaqla 2 qrupa ayrılır. Xoşxassəli şiş hüceyrələri ətrafdakı normal çalışan toxumalara yayılıb onların funksiyasını pozmurlar. Xoşxassəli şişlər cərrahi yolla xaric oluna bilir. Lakin xoşxassəli şişlər beyin içindəki digər toxumaları sıxmaqla onların funksiyasına təsir edə bilər.

Bədxassəli beyin şişləri insan həyatını təhdid edirlər. Ətraf toxumalara sürətlə yayılaraq onların funksional fəaliyyətini pozurlar.
Bədxassəli beyin şişləri ağac kimi ətrafa kök salaraq inkişaf etməkləri üçün lazım olan maddələri sağlam beyin toxumasından alırlar.

Mərkəzi sinir sistemi, xüsusilə də beyin qapalı bir qutunun içində qorunduğundan göstərilən təzyiqlərə çox həssas olur.

Beyin toxumasından qaynaqlanan şişlər birincili beyin şişləri adlanır. İkincili beyin şişi isə beyin xaricində olan bir şişin beynə yayılması ilə yaranır. Beyin şişləri yarandıqları toxumanın tipinə görə adlandırılır.

ƏLAMƏTLƏRİ:
Beyin şişlərinin əlamətləri şişin beynin bu və ya digər nahiyəsinin sıxılmasından asılı olaraq müxtəlif olur. Bundan başqa ümumi beyin əlamətləri də yaranır ki, bunun da səbəbi beyin qan dövranının pozulması və kəllədaxili hipertenziya-kəllədaxili təzyiqin artmasıdır.

BEYİN ŞİŞLƏRİNİN OCAQLI SİMPTOMLARI:
Şiş toxuması beynin hansı şöbəsində yerləşirsə həmin şöbənin funksional pozulması baş verir. Məsələn: əgər şiş toxuması beynin nitq ilə əlaqədar nahiyəsinə təzyiq edirsə onda xəstədə nitq pozğunluğu baş verəcək.

-HİSSİYYATIN POZULMASI. Bu zaman dərinin qıcıq hissini qəbul etməsi pozulacaq. Bu o deməkdir ki, xəstə istini, soyuğu və ya ağrını hiss edə bilmir. Bundan başqa xəstə öz vücudunun və onun ayrı-ayrı hissələrinin vəziyyətini müəyyən edə bilmir.

-HƏRƏKİ POZĞUNLUQ. Bu dəyişikliklərə ifliclər və parezlər aiddir. İflic- ayrı-ayrı orqanların və ya bütünlükdə bütün vücudun hərəki aktivliyinin tam pozulmasıdır. Parez -hərəki aktivliyin qismən pozulmasıdır. İfliclər mərkəzi və periferik olur. Beyin toxumasının şiş hüceyrələri tərəfindən sıxılması nəticəsində mərkəzi ifliclər və parezlər baş verir. Bu zaman sinir impulslarının baş beyindən onurğa beyinə, oradan isə əzələlərə keçməsi pozulur.

-EPİLEPTİK TUTMALAR:Xəstədə qıcolmalar müşahidə olunur. Bu əsasən beyin qabığının şiş hüceyrələri tərəfindən qıcıqlanması nəticəsində yaranır.

-EŞİTMƏNİN POZULMASI: şiş toxumasının eşitmə sinirini zədələməsi nəticəsində yaranır.

-GÖRMƏNİN POZULMASI: göz sinirinin sıxılması nəticəsində yaranır.

-Şifahi və yazılı nitqin pozulması:
Baş beynin şifahi və yazılı nitqə görə cavabdeh olan hissələri zədələndikdə, əvvəl nitq qeyri-aydın olur, xətt dəyişə bilir. Şiş böyüdükcə xəstənin danışığını, yazısını başa düşmək mümkün olmur.

-Vegetativ dəyişiklikər: Buna zəiflik və yorğunluq aiddir. Xəstədə başgicəllənmə, nəbzin və arterial təzyiqin artıb-azalması baş verir. Bu dəyişikliklər damarların tonusunun vegetativ requlyasiyasının pozulması ilə əlaqədar yaranır.

-Hormonal dəyişikliklər:Xəstənin hipofiz və hipotalamusunun şiş hüceyrələri tərəfindən zədələnməsi nəticəsində yaranır.

-Koordinasiyanın pozulması. Beynin beyincik və orta beyin nahiyəsinin zədələnməsi nəticəsində koordinasiyanın və yerişin pozulması baş verir.

-Psixomotor pozulmalar: Bu zaman xəstədə yaddaş, diqqət, davranış pozulması baş verir.

ÜMUMİ BEYİN ƏLAMƏTLƏRİ:
-baş ağrısı-daimi və çox güclü olur. Bu əsasən kəllə boşluğunda və beyində likvorun təzyiqinin artması nəticəsində yaranır. Ağrıkəsicilərin heç bir effekti olmur.
-ürəkbulanma, qusma-beyindaxili təzyiqin artması və orta beyində yerləşən qusma mərkəzinin şiş toxuması tərəfindən sıxılması nəticəsində baş verir.
-başgicəllənmə-beyinciyin sıxılması nəticəsində baş verir.

DİAQNOSTİKA:


Maqnit-rezonans və kompyuter-tomoqrafiya vasitəsilə beynin müayinəsi aparılır.

MÜALİCƏ beyin şişinin növündən, yerləşməsindən asılıdır.

Vital Klinikada Türkiyənin tanınmış uzman neyrocərrahları hər növ neyrocərrahi əməliyyatlar edir.



Onlayn rezervasiya

Klinikaya gəlmədən öncə onlayn olaraq qeydiyyatdan keçin, uyğun zamanda və növbəsiz xidmətlərdən yararlanın.