bel agrilari

bel agrilari

BEL AĞRISI VƏ ONUN ƏSAS SƏBƏBLƏRI.




Yaşlı adamlardan tez-tez bel ağrısından şikayət eşıtməyə vərdiş etmişik. Lakin son zamanlar orta yaşlı, hətta cavan insanlarda belə, beldə xoşagəlməz hissiyatlar çox tez-tez qeyd olunur.
Bel ağrıları insana çox əziyyət verir. Xüsusilə də uzun müddər bir vəziyyətdə oturmaq və ya durmaq məcburiyyətində olanlara -sürücülərə, kompyuter operatorlarına, cərrahlara. Lakin çoxları bel ağrısını, ciddi bir şey hesab etmirlər və buna görə həkimə müraciət etməyi lazım bilmirlər.
Bu nə dərəcə düzgündür? Gəlin bir yerdə baxaq bel ağrıları hansı səbəblərdən yarana bilər, və hansı hallarda mütləq həkimə müraciət etmək lazımdır.
Bel ağrılarını aşağıdakı səbəblərdən əmələ gələ bilər:
1. Bel əzələrinə fiziki yük düşməsi ilə əlaqədar. 85 % hallarda epizodik və ya xroniki bel ağrıları fiziki yüklənmə ilə bağlı olur. Özü də bu tək ağır atletika ilə məşqul olanlara və ağır yük daşıyanlara aid deyil, bütün günü komputer arxasında oturanlarda da bel əzələlərinə xeyli yük düşür. Çünki bel əzələləri saatlarla bədənin yuxarı yarısını düz saxlamalı olurlar, bütün yük onların üzərinə düşür. Ona görə də oturaq həyat tərzi sürən insanlara həkimlər elə kreslo və stullarda oturub işləməyi məsləhət görürlərki, onlarda kürək-bel söykənmış vəziyyərdə olsun. Fiziki yüklənmə ilə əlaqədar bel ağrılar istirahət verilərsə, 1-2 həftə ərzində keçib gedir. Əgər ağrılar artırsa və ya təkrarlanırsa mütləq həkimə müraciət etmək lazımdır.



2. Fəqərə cisimlərinin kompression sınıqları. Bel ağrılarının 4 % -nin səbəbi fəqərə cisimlərinin kompression sınıqları hesab olunur. bu sınıqlar ən çox osteoporoz nəticəsində sümükləri kövrəkləşmiş qoca adamlarda baş verir. Bu halda insanın öz bədən çəkisi belə sınığın yaranmasına səbəb ola bilər. Yaşlı adamlarda daimi bel ağrıları zamanı mütləq həkimə müraciət olunmalıdır. Fəqərə cisimlərinin kompression sınıqlarının müalicəsi kifoplastika və vertebroplastika əməliyyatlarıdır.



3. Osteoxondroz-fəqərəarası disk yırtıqları ilə. Bu hal fəqərələr arasında yerləşən və bir növ amortizator funksiyasını yerinə yetirən disklərin degenerativ dəyişikliyi nəticəsində meydana gəlir. Nəticədə onurğa beynin və sinir köklərinin sıxılması baş verir ki, bu da beldə və ətraflarda ağrılara səbəb olur. Osteoxondroz və bel yırtıqlarının müalicəsi adətən qeyri cərrahi (dərmanlar, fizioterapiya və.s) yolla mümkün olur, yalnız müalicə kömək etmədikdə cərrahi əməliyyat tələb olunur.



4. Spondilolistez. Bu xəstəlik zamanı fəqərə cisimləri bir birinə nisbətən irəli və ya geri "qaçmış” olur. Nəticədə beldə, ayaqda, qalçada ağrılar əmələ gəlir.



5. Ankiloedici spondillit -Bexterev xəstəliyi- əsasən gənc və orta yaşlı kişilərdə müşahidə olunan fəqərəarası oynaq -bağ aparatının xronoki iltihabi xəstəliyidir. Xəstəlik tədricən bütün fəqərə oynaqlarına yayılır, ciddi hərəhkət məhdudiyyətinə gətirib çıxardır. Vaxtında başlanmış müalicə xəstəliyin proqressivləşməsinin qarşısını ala bilər.



6. Onkoloji xəstəliklər. Statistika göstərir ki, bel ağrıları 1% hallarda onkoloji xəstəliklərlə əlaqədar yaranır. Şiş birincili olaraq onurğada yarana bilər, və ya başqa orqanlardan metastaz olaraq yayıla bilər. Onkoloji xəstəlik ehtimalı kişik olsa da beldə güclü və davamlı ağrılar zamanı həkimə müraciət edib müayinə olunmaq vacibdir.

7. Onurğanın infeksion xəstəlikləri (vərəm, osteomielit). Bu bel ağrilarının ən nadır rast gəlinən səbəbidir. Infeksiya onurğaya adətən başqa orqanlardan qan vasitəsi ilə düşür. Onurğanın infeksion xəstəliklərində ağrı bədən hərarətinin artması ilə müşayər olunur.

Gördüyümüz kimi bəsit bel ağrıları çox ağır və təhlükəli xəstəliklərin əlaməti ola bilər, əlillik hətta ölüm təhlükəsi yarada bilər. Özünüzə və yaxınlarınıza qarşı diqqətli olun. Ağrıkəsiçilərlə müvəqqəti rahatlanıb, xəstəliyin dərinləşməsinə yol verməyin.
 

Süleyman Rəhimov 188 
012 440 03 33  449 99 99  050 285 95 31 


Onlayn rezervasiya

Klinikaya gəlmədən öncə onlayn olaraq qeydiyyatdan keçin, uyğun zamanda və növbəsiz xidmətlərdən yararlanın.