Disk yirtiginin mikrocerrahi mualicesi

Disk yirtiginin mikrocerrahi mualicesi

ONURĞA SÜTUNUNUN BEL NAHİYƏSİNDƏ ƏMƏLƏ GƏLƏN FƏQƏRƏ ARASI YIRTIQLARIN MİKROCƏRRAHİ MÜALİCƏSİ

Əksər hallarda disk yırtığı osteoxondrozun nəticəsi olaraq meydana çıxır. Fəqərəarası disklər onurğa sütununu təşkil edən fəqərələr arasında yerləşir və onun hərəkətliliyini təmin edir. Diskin mərkəzində pulpoz nüvə yerləşir ki, bu da fibroz həlqə ilə əhatə edilmişdir. Disk bir tərəfiilə onurğa sütunu kanalı ilə təmasdadır və buradan da beyin-onurğa beyni mayesi vasitəsilə qidalanır.
İnsan yaşlaşarkən diskin struktur tərkibi tədricən dəyişilir və getdikcə dağılmağa meylli olur. Sərt fibroz həlqə kövrəkləşir və cüzi bir travma xırda çatların əmələ gəlməsinə səbəb olur. Buradan da maye pulpoz həlqə, onurğa beyni kanalına nüfuz edir. Və beləliklə də disk yırtığı inkişaf edir.Onurğa sütununun bel nahiyəsi yırtığının əsas xarakterik simptomu beldə əmələ gələn ağrıların ayaqlara irradiasiya etməsidir.

Yırtığın əmələ gəlmə mərhələləri
Diskin ilkin degenrasiyası
Prolaps
Disk yırtığının formalaşması
Sekvestrasiya
Bel yırtığı zamanı əməliyyata göstəriş aşağıdakılardır:
Ağrılar dözülməz həddə çatmış, müalicə heç bir effekt vermir və xəstə normal həyat fəaliyyəti sürə bilmir.
Əzələ atrofiyası əlamətləri inkişaf edir, hissiyyat pozulur, yeriyərkən ayaqlarda zəiflik və çətinlik müşahidə edilir. Sidik və nəcis ifrazında pozğunluq baş verir və s.
Göstərilən əlamətlər bəzən geriyə dönməz xarakter daşıya bilər, buna görə də bu hallar əməliyyata birbaşa göstəriş hesab edilir.
Vital Klinikada bel nahiyəsinin fəqərəarası disk yırtığında ən müasir operativ müdaxilə metodu mikrocərrahi interlaminektomiya tətbiq edilir.
Bu metod digər klassik metodlara nisbətən daha az travmatikdir. Dəri kəsiyi cəmi 35 sm-ə qədər olur, fəqərənin hər hansı bir hissəsi xaric edilmir, əzələ və vətərlər daha az zədələnir və beləliklə əməliyyatdan sonrakı bərpa dövrü də xeyli qısalır. Əməliyyat ümumi anesteziya altında aparılır. Bu zaman xüsusi əməliyyat mikroskopundan və mikrocərrahi instrumentlər istifadə edilir. Artıq əməliyyatdan 2 saat sonra xəstə adi palataya köçürülür və 3sutkadan sonra normal həyat tərzinə dönə bilir.



Onlayn rezervasiya

Klinikaya gəlmədən öncə onlayn olaraq qeydiyyatdan keçin, uyğun zamanda və növbəsiz xidmətlərdən yararlanın.