Spinal stenoz

SPİNAL STENOZ

Tibbdə Spinal stenoz kimi məlum olan onurğa sütunu kanalının daralması: Anadangəlmə ya da sonradan qazanılmış olaraq onurğa sütunu kanalının və ya onurğa beyindən çıxan sinirlərin keçdiyi sinir kanallarının daralmasıdır.
Spinal stenoza onurğanın bel və boyun nahiyəsində rast gəlinir. Boyun nahiyəsindəki Spinal stenoz servikal miyelopati adlandırılır. Bu səbəbdən Spinal stenozdan bəhs edildikdə bel nahiyəsindəki stenoz başa düşülür. Spinal stenoz bel və ayaqlarda ağrıya səbəb olan tez-tez rast gəlinən bir xəstəlikdir.



SƏBƏBLƏRİ:
-Yaş:Yaşlandıqca onurğa sümüklərini bir-birinə bağlayan bağlar qalınlaşır, bundan başqa yaşlanma ilə əlaqədar olaraq fəqərələrdə və oynaqlarda osteofitlərin yaranması artır və onurğa kanalı daralır. Fəqərəarası disklərdə baş verən dəyişikliklər nəticəsində diskin hündürlüyü azalır və genişlənərək kanalı daraldır.
-Gen:Anadangəlmə onurğa kanalı dar olanlarda çox erkən yaşlarda Spinal stenoz əlamətləri yaranmağa başlayır. Keçirilmiş onurğa əməliyyatları və travmaları sonradan onurğa kanalının daralmasına səbəb olur.
-Onurğanın bel nahiyəsində qan dövranının pozulması.

ƏLAMƏTLƏRİ:
1.Hərəkət zamanı artan, dinlənməklə azalan ağrı. Ağrı önə doğru əyildikdə qismən azalır, geriyə doğru əyilməklə artır. Xəstə yuxarı qalxarkən və ya pilləkənləri düşərkən narahat olur.
2.Ayaqlarda uyuşma, üşütmə, gücsüzlük, yorğunluq.
3.Tez-tez yıxılma, yeriyərkən ayaq uclarının ilişməsi.




Diaqnostika MR və TOMOQRAFİYA vasitəsilə aparılır.
MÜALİCƏSİ:
Spinal stenoz müalicəsi çox çətin olan bir xəstəlikdir.
Konservativ müalicə:
1.Revmatizm əleyhinə dərmanların qəbulu
2.Kilovermə
3.İstirahət
4.Fiziki müalicə (müalicəvi idman)
5.Epidural steroid inyeksiyası

Cərrahi: Spinal stenozun müalicəsində yalnız cərrahi əməliyyatların effektli təsiri var. Cərrahi müdaxilə sinirlərin sıxılmasının aradan qaldırır alır və xəstələrin normal həyat sürməsinə nail olur. Vital Klinikanın neyrocərrahiyyə mərkəzində bu əməliyyatlar mikroskopla, aztravmatik və bərpa müddəti çox qısa olan metodikalarla aparılır.


Onlayn rezervasiya

Klinikaya gəlmədən öncə onlayn olaraq qeydiyyatdan keçin, uyğun zamanda və növbəsiz xidmətlərdən yararlanın.