Karpal tunel sindromu

karpal tunel sindromu
Əldə gücsüzlük, keyləşmə nə ilə əlaqədar yaranır, müalicəsi mümkündürmü?



KARPAL-TUNEL SINDROMU
ƏLAMƏTLƏRİ:
Xəstələr xüsusən gecələr əllərin uyuşmasına oyanırlar. Baş barmağın, işarət barmağın, orta və dördüncü barmağın radial hissəsində hissiyyat itir. Müalicə aparılmadıqda barmaqlarda gücsüzlük və atrofiya baş verir.
Diaqnostikası:
Falen testi və Tinel simptomları pozitiv olur.
Müalicəsi konservativ, fizioterapevtik və cərrahi yolladır.
Orta və yüngül dərəcədə konservativ və fiziki müalicə aparılır. Ağır dərəcədə isə cərrahi əməliyyat aparılır.



Karpal -tunel sindromu -karpal kanalda yerləşən orta sinirin sıxılması nəticəsində yaranan, barmaqlarda və əldə ağrı, sancma, keyimə və başqa simptomlarla xarakterizə olunan vəziyyətdir. Bu əlamətlər barmaqların hissiyyatını təmin edən və baş barmağın fəaliyyətinə nəzarət edən orta sinir nahiyəsində baş verir.

Bu sindrom ən çox orta yaşlı qadınlarda rast gəlinir. Qadınlarda və kişilərdə rast gəlmə tezliyi 4\1-ə nisbətindədir.

Xüsusi bir etiologiyası yoxdur. Ancaq əl işi görənlərdə və revmatizması olan xəstələrdə çox rast gəlinir.

Vital Klinikanın ortopediya şöbəsində Karpal tunel sindronu xəstəliyinin həm konservativ müalicəsi həm də mikroskopik üsulla əməliyyatı ambulator şəraitdə aparılır.



Onlayn rezervasiya

Klinikaya gəlmədən öncə onlayn olaraq qeydiyyatdan keçin, uyğun zamanda və növbəsiz xidmətlərdən yararlanın.