MASTOPATİYA

Mastopatiya – süd vəzisində olan xoşxassəli törəmələrdi. Mastopatiya zamanı süd vəzisində ölçüsü noxud böyüklüyündən başlayaraq, qoz böyüklüyünə qədər olan kiçik düyünlər əmələ gəlir .Bu düyünlər vaxtaşırı olaraq yaranır, in- kişaf edir, kiçilir və yox olurlar. Bir çox hallarda həkim tərəfindən onlara “ mastopatiya “ diaqnozu qoyulduğunu eşidən qadınlar bu xəstəliyə elə də xüsusi diqqət yetirmirlər. Əksər qadınlar arasında bu xəstəliyə çox təsadüf edildiyindən, onu “adi” xəstəlik hesab edirlər. Bəs həqiqət necədir? Bu zaman narahat olmağa dəyərmi? Əlbəttə dəyər! Məsələ burasındadir ki, mastopatiya fonunda süd vəzisində həm xoş xassəli, həm də bəd xassəli şişlər inkişaf edə bilər. Mastopatiya ilə əsasən dölyaratma yaşında (25-45 yaş) olan qadınlar xəstələnirlər. Çox gənc qız uşaqlarında olan mastopatiya isə əksər hallarda onların orqanizmində hormonal fonun yaşa uyğun olaraq yenidən qurulması ilə əlaqədar yaranmış olur.
Mastopatiyanın ilk əsas səbəbi qadın orqanizmində hormonal tarazlığın pozulmasıdır.
Məlum olduğu kimi aybaşı tsikli (dövrü) hormonlarla təmzinlənir. Süd vəzisi hormon asılılıqlı üzvlərə aiddir. Onun toxuması, aybaşı tsiklinin (dövrünün) mərhələlərinə uyğun olaraq müxtəlif dəyişikliklərə uğrayır. Bundan başqa, süd vəzisinin toxmasına böyrək üstü vəzilər, qalxanvari vəz , mədə altı vəz və hipofiz vəz hormonları da müəyyən təsir göstərirlər. Buna görə sadalanan orqanların hər hansı birinin xəstəliyi süd vəzilərdə də müəyyən dəyişiklərin əmələ gəlməsinə səbəb ola bilər .
Mastopatiyanın əmələ gəlməsi üçün “ şərait yaradan” faktorlarından biri qanın orqanizminin hormonal sisteminə kobud şəkildə müdaxilə olan abortlar ( uşaq salma) hesab edilir. İkinci belə faktor isə qadın cinsi üzvlərinin xəstəlikləridir. Süd vəziləri digər döl yaradıcı üzvlərlə (uşaqlıq ,yumurtalıqlar) vahid sistemə daxildir. Buna görə də həmin bu sistemdə baş verən hər hansı nasazlıq və pozğunluqlar süd vəzilərinə də öz mənfi təsvirini gösərirlər.
Mastopatiyanın əmələ gəlməsinə səbəb olan üçüncü əsas faktor isə sinir sistemində baş verən müxtəlif nevroloji pozğunluqlardır (streslər, daimi sinir gərginlikləri, depressiyalar).
Piylənmə, spirtli içkilərin qəbul edilməsi, siqaret çekilməsi, gecikmiş hamiləlik, şəkərli diabet , süd vəzilərinin müxtəlif travmatik təsirlərə (çox sıx alt paltarlarının geyinilməsi nəticəsində əmələ gələn mikrotravmalar, zərbə , yıxilma, sıxılma və s ) məruz qalması və digər bu kimi faktorlar da mastopatiyanın əmələ gəlməsinə “ kömək edən” səbəblərdir.
Süd vəzilərinə zərərli təsir edən faktorlardan biri də həddən artıq dərəcədə qəbul edilən təbbi və ya süni günəş vanaları ( xüsusən də çimərlik paltarı geyinmədən) hesab edilir.
Mastopatiya zamanı süd vəzilərində kifayyət qədər yumşaq olan törəmələr və ya müxtəlif ölçülü düyünlər əmələ gəlir. Aybaşı başlamazdan qabaq onlar ağrılı olaraq qoltuqaltı sahəyə də yayıla bilər. Nəzarətsiz buraxılmış formalarda bu ağrılar daimi xarakter alaraq, hətta süd vəzilərinə yüngülcə toxunuş zaman arta bilərlər. Mastopatiya zamanı süd vəziləri gilələrindən ağ , sarı, yaşıl rəngə çalan və bəzən də müəyyən iyi olan maye də ifraz oluna bilər.
Mastopatiyanın diffuz və düyünlü formaları olur.
Mastopatiyanın düyünlü forması adətən, 35 yaşdan yuxarı olan qadınlarda təsadüf edilir və süd vəzisinin xərçənginə də keçə bilir. Mastopatiya diaqnozu qoyulmuş qadınlar onkoloji cəhətdən yüksək risk qurupuna aid edilərək mütamadi olaraq onkoloq-mammoloq tərəfindən müayinə olunmalıdır. Lazım olduğu hallarda onlara USM və mammoqrafiya təyin edilir.
Orta hesabla qadınların 50 % -i süd vəzilərində olan bərkimə sahələrini özləri aşkar edirlər. Bu isə onlara vaxtında düzgün diaqnoz qoyulması ehtimalını artırır və hətta süd vəzi xərçəngi kimi çox təhlükəli hesab edilən bir xəstəliyin də müvəffəqiyyətlə müalicə olunmasına imkan verir . Məhz buna görə, mütamadi olaraq, fərdi qaydada qadınların öz süd vəzilərini müayinə etmələri çox vacib hesab edilir.
Bəs mastopatiya xəstəliyi necə müalicə oluna bilər?
İlkin dövrlərində bu xəstəlik asanlıqla və tez bir zamanda müalicə olunur.
Məhz buna görə də xəstəliyin ilkin əlamətləri aşkar edilən kimi,təxirə salınmadan həkim-mammoloqa müraciət etmək lazımdır. Süd vəziləri praktiki olaraq heç bir halda öz xəstəliklərinin səbəbkarı olmurlar. Mastopatiyaların əsas səbəbləri əksər hallarda hormonal pozğunluqlar, müxtəlif ginikoloji, nevroloji və digər xəstəliklər olur. Beləliklə, mastopatiyanin müalicəsində əsas məsələ - qadın orqanizimində məzh hansı pozğunluğun onun inkişaf etməsinin səbəbkarı olduğunu müəyyən etməkdən ibarətdir. Bu səbəb müəyyən edildikdən və aradan götürüldükdən sonra süd vəzilərinin vəziyyəti də yaxşılaşmış olur. Cərrahi əməliyyatın aparılması isə yalnız aşkar edilməsi gecikdirilmiş olan, düyünlü mastopatiyalar zamanı tələb olunur.
Hal hazırda süd vəziləri xəstəliklərinin profilaktikası üçün tərkibində A,E,S vitaminləri ,selən və yod mikroelementəri olan bir sıra dərman preparatları və vitamin kompleksləri hazırlanmışdır. Bundan başqa, süd vəziləri xəstəliklərin profilaktikası üçün dəniz məhsulları, kələm, kök, tərkibində xeyli miqdarda sellüloza olan meyvələr və digər qidalar mütamadi olaraq qəbul edilən qida məhsulları sırasına daxil edilməlidir.


Kişi və qadın sağlamlığı. Sonsuzluq və onun müalicəsi. Buta design 2010