Mamareduksiya

Süd vəzisinin kiçildilməsi (kiçildici mammoplastika, mammoreduksiya).



Göstərişlər. Süd vəzilərinin hipertrofiyası, süd vəzilərinin ifrat iri həcmi ilə bağlı onurğa sütununun boyun və döş şöbələrində ağrı və diskamfort hissiyatı, vəzilərin altındakı büküşdə dermatit.

Texnikası. Areola ətrafındakı kəsiklər şaquli istiqamətdə vəzinin altına və büküşə qədər gedir. Bu kəsiklərdən cərrah artıq piy, artıq vəzi toxumalarını və artıq dərini götürərək gilə və areolanı yeni pozisiyaya gətirir və dəri parçalarını areola ətrafında tikərək, vəzinin yeni konturunu yaradır.

Anesteziya. Ümumidir.

Əməliyyat. 2- 3.5 saat davam edə bilər.

Əlavə effektlər. Əməliyyat nahiyyəsində zəif ağrı və diskomfort, gilələrdə yanma hissiyatı, vəzidə şişkinlik, hemotomalar, qırmızımtıl kəsik yeri çapıqlar. Çapıqlar 6 ay ərzində yox olur.

Reabilitasiya. Tikişlər 12-16-cı sutkada sökülür. Stasionarda qalma müddəti 1-2 sutka. 4 həftə ərzində süd vəzilərinə dayaq ola bilən xüsusi kompression geyimdən istifadə olunur. 2 həftə ərzində əlləri başın üzərinə qaldırmaq. 2-3 həftə ərzində isə ağırlıq qaldırmaq və idmanla məşğul olmaq olmaz.
Son nəticə 3-6 aydan sonra qiymətləndirilir.

Asanlıqla bizimlə əlaqə saxlayın 012 437-52-20, 050 377-44-44



Onlayn rezervasiya

Klinikaya gəlmədən öncə onlayn olaraq qeydiyyatdan keçin, uyğun zamanda və növbəsiz xidmətlərdən yararlanın.