Liqamentolomiya

Cinsiyyət üzvünün uzadılması (liqamentotomiya).

Göstərişlər: Epispadiya, hipospadiya, Peyroni xəstəliyi, kavernoz fibroz, travma, mikropenis.

Plastik cərrahiyyə - cinsiyyət üzvünü 3-5sm uzatmaq, 4-6sm qalınlaşdırmaq imkanı yaradır.Bəzən genişlənmiş cinsiyyət üzvü adlanan vəziyyətə də rast gəlinir, bu zaman cinsiyyət üzvünün ölçüsü qasıq nahiyyəsinin dərialtı piy toxumasının hipertrofiyalaşması hesabına kiçilir. Belə hallarda qasıq nahiyyəsinin liposaksiya yolu ilə plastikası effektiv olur.

Metodikası: Əsasında penisin asıldığı bağın kəsilməsi durur. Bu bağ cinsiyyət üzvünün Buk fassiyası ilə qasıq simfizinin sümüküstlüyü arasında yerləşir. Bu kəsikdən sonra cinsiyyət üzvünün daxildə qalan gizli hissəsi bayıra mobilizasiya olunur. Kəsilmiş bağın yerində çapıq əmələ gəldiyindən, ekstendrdən cinsiyyət üzvünü uzadan xüsusi qurğudan istifadə etməklə çapıq toxumasının mümkün qədər dərində yaranmasına, üzvün gizli hissəsinin isə maksimum bayıra mobilizasiya olunmasına nail olmaq olur. Ekstenderdən müstəqil olaraq daha 6 ay ərzində istifadə etməklə daha nəzərəçarpan nəticə əldə oluna bilər.

Əməliyyat ereksiya, orqazm, sidik ifrazının keyfiyyətinə, nəsiltörətmə qabiliyyətinə heç bir mənfi təsir göstərmir.

Anesteziya: Peridural.

Əməliyyat 40-45 dəqiqə davam edir və olduqca sadə və təhlükəsizdir.

Asanlıqla bizimlə əlaqə saxlayın 012 437-52-20, 050 377-44-44



Onlayn rezervasiya

Klinikaya gəlmədən öncə onlayn olaraq qeydiyyatdan keçin, uyğun zamanda və növbəsiz xidmətlərdən yararlanın.