Sonsuzluğun laparoskopik müalicəsi

SONSUZLUĞUN CƏRRAHİ MÜALİCƏSİ

Qadın sonsuzluğuna müxtəlif faktorlar səbəb ola bilər. Bunların bəziləri cərrahi müalicə tələb edir. Cərrahi müalicənin əsas metodu laparoskopiyadır. Laparoskopiya zamanı kiçik dəliklərdə endovideokamera və alətlər üçün troakarlar quraşdırılır. Cərrahi əməliyyat zamanı qarın boşluğu qazla şişirdilir.


BİTİŞMƏLƏR(SPAYKALAR)
Keçirilmiş cərrahi əməliyyat və ya iltihab nəticəsində (spaykalar) bitişmələr əmələ gəlir. Bu bitişmələr müxtəlif orqanlar arasında yaranan tağlardır. Bu da orqanların bir-birinə nisbətən düzgün yerləşməsinin mane olur. Yaranan bitişmələr yumurta hüceyrənin və spermanın normal hərəkət etməsinin qarşısını alır, sonsuzluğa səbəb olur və ya uşaqlıqdankənar hamiləliyin yaranma riskini artırır. Laporaskopiya zamamı həm incə, həm də qalın bitişmələri aradan qaldırmaq və normal anatomiyanı bərpa etmək mümkün olur.

BORU SONSUZLUĞU

Bəzən bitişmələr yalnız qarın boşluğunda deyil, uşaqlıq borusunda da formalaşır. Bu zaman yumurtahüceyrə və spermanın hərəkəti mümkün olmur. Əgər bitişmələr borunun uç hissəsindədirsə onda borunun keşiriciliyini bərpa etmək mümkün olur. Bu zaman bitişmələri aralayır və yeni dəlik yaradırlar. Boru öz əvvəlki vəziyyətini alır. Lakin bu cür əməliyyatlar həmişə effektli olmur. Əgər güclü iltihab nəticəsində borunun mənfəəzində maye toplanıbsa və onun daxili qişası zədələnibsə onda aparılmış plastik əməliyyat nəticə verməyəcək. Boru öz funksiyasını tam yerinə yetirə bilməyəcək və burada daima iltihab prosesi baş verəcək. Belə hallarda sonsuluğun qarşısını almaq üçün ekstrakorporal mayalanma metodundan istifadə olunur. Bundan başqa uşaqlıqdankənar hamiləliyin qarşısını almaq üçün borunun maye ilə dolu hissəsini kəsib götürmək məsləhətdir.

POLİKİSTOZ

Sonsuzluğun digər bir səbəbi yumurtalıqların polikistozudur. Polikis-
toz zamanı yumurtalığın qişası qalınlaşır və ovulyasiyaya mane olur.Yumurtalığın səthi qişasını çərtməklə yumurtahücyrənin səthə çıxmasını və mayalanmasını təmin etmək olur.

ENDOMETRİOZ
Sonsuzluğu yaradan əsas faktorlardan biri də endometrioz-
dur. Endometrioz zamanı normal halda yalnız uşaqlıqda yerləşməli olan hüceyrələr yumurtalıqda, uşalıq borusunda, qarın boşluğunda yerləşir. Orqanizmin bu endometrioz ocaqları ilə mübarizəsi mayalanma prosesinə təsir edir və bitişmələrin yaranmasına səbəb olur. Xəstəliyin yeganə radikal metodu endometrioz ocaqlarının cərrahi yolla götürülməsidir. Bundan sonra hamiləliyin baş verməsi mümkün olur.
Cərrahi əməliyyat bitdikdən sonra troakarlar qarın boşluğundan çıxarılır, qaz xaric edilir, dəridə aparılan kəsiklərə tikiş qoyulur. Xəstə bir neçə gündən sonra evə buraxılır.





Onlayn rezervasiya

Klinikaya gəlmədən öncə onlayn olaraq qeydiyyatdan keçin, uyğun zamanda və növbəsiz xidmətlərdən yararlanın.