Sonsuzluğun laparoskopik diaqnostikası

QADIN SONSUZLUĞUNUN

LAPAROSKOPİK DİAQNOSTİKASI


Qadın sonsuğluqla əlaqədar 2 il uğursuz müalicə alırsa ona mütləq laparoskopik diaqnostika aparılmalıdır.
Laparoskopiya zamanı qadının daxili cinsiyyət orqanlarını bilavasitə gözlə görmək, və onların vəziyyəti haqqında ətraflı məlumat almaq olur.
Laparoskopiya zamanı qarın boşluğuna ucunda optika olan alət daxil edilir.


Laparoskopiya zamanı sonsuzluğa səbəb ola bilən hansı patoloji hallar aşkar oluna bilər?

1. Keçirilmiş cərrahi əməliyyat və ya iltihab nəticəsində (spaykalar) bitişmələr əmələ gəlir. Bu bitişmələr müxtəlif orqanlar arasında yaranan tağlardır. Bu da orqanların bir-birinə nisbətən düzgün yerləşməsinin mane olur. Yaranan bitişmələr yumurta hüceyrənin və spermanın normal hərəkət etməsinin qarşısını alır, sonsuzluğa səbəb olur və ya uşaqlıqdankənar hamiləliyin yaranma riskini artırır. Laporaskopiya zamamı həm incə, həm də qalın bitişmələri aradan qaldırmaq və normal anatomiyanı bərpa etmək mümkün olur.



2. Bəzən bitişmələr yalnız qarın boşluğunda deyil, uşaqlıq borusunda da formalaşır. Bu zaman yumurta hüceyrə və spermanın hərəkəti mümkün olmur. Əgər bitişmələr borunun uç hissəsindədirsə onda borunun keşiriciliyini bərpa etmək mümkün olur. Bu zaman bitişmələri aralayır və yeni dəlik yaradırlar. Boru öz əvvəlki vəziyyətini alır. Lakin bu cür əməliyyatlar həmişə effektli olmur. Əgər güclü iltihab nəticəsində borunun mənfəəzində maye toplanıbsa və onun daxili qişası zədələnibsə onda aparılmış plastik əməliyyat nəticə verməyəcək. Boru öz funksiyasını tam yerinə yetirə bilməyəcək və burada daima iltihab prosesi baş verəcək. Belə hallarda sonsuluğun qarşısını almaq üçün ekstrakorporal mayalanma metodundan istifadə olunur. Bundan başqa uşaqlıqdankənar hamiləliyin qarşısını almaq üçün borunun maye ilə dolu hissəsini kəsib götürmək məsləhətdir.



3. Sonsuzluğun digər bir səbəbi yumurtalıqların polikistozudur. Polikis-
toz zamanı yumurtalığın qişası qalınlaşır və ovulyasiyaya mane olur.Yumurtalığın səthi qişasını çərtməklə yumurtahücyrənin səthə çıxmasını və mayalanmasını təmin etmək olur.



4. Sonsuzluğu yaradan əsas faktorlardan biri də endometrioz-
dur. Endometrioz zamanı normal halda yalnız uşaqlıqda yerləşməli olan hüceyrələr yumurtalıqda, uşalıq borusunda, qarın boşluğunda yerləşir. Orqanizmin bu endometrioz ocaqları ilə mübarizəsi mayalanma prosesinə təsir edir və bitişmələrin yaranmasına səbəb olur. Xəstəliyin yeganə radikal metodu endometrioz ocaqlarının cərrahi yolla götürülməsidir. Bundan sonra hamiləliyin baş verməsi mümkün olur.




VITAL KLINIKANIN LAPAROSKOPİK CƏRRAHİYYƏ ŞÖBƏSİNDƏ DİAQNOSTİK VƏ CƏRRAHİ LAPAROSKOPİYA ƏMƏLİYYATLARI UĞURLA HƏYATA KEÇİRİLİR.


Onlayn rezervasiya

Klinikaya gəlmədən öncə onlayn olaraq qeydiyyatdan keçin, uyğun zamanda və növbəsiz xidmətlərdən yararlanın.