Yumurtaliq kistalarının laparaskopik müalicəsi

YUMURTALIQDA İNKİŞAF EDƏN KİSTALARIN CƏRRAHİ MÜALİCƏSİ.



Yumurtalıqlar qadın orqanizmində əsas rol oynayan orqanlardır.Yetkinlik dövründən başlayaraq menapauza dövrünə qədər hər ay yumurtalıqda yumurtahüceyrədən ibarət olan follikullar yetişir.

Follikul tam yetişdikdə ovulyasiya baş verir və yumurtahüceyrə yumurtalıqdan xaric olur. Yumurtahüceyrə uşaqlıq borusuna düşür və uşaqlığa doğru irəliləyir. Follikulun ovulyasiyaya qədər olan müddətdə yumurtalıqda yetişdiyi yerdə sarı cisim əmələ gəlir. Onun hüceyrələri hamiləliyi təmin edən hormonlar ifraz edir.
Əgər hamiləlik baş verməyibsə onda sarı cisim tədricən sorulur. Bəzi faktorların təsiri nəticəsində məs:hormonal pozulmalar, yorğunluq, stres, kontraseptiv preparatların qəbulu, yumurtalıqda maddələr mübadiləsinin pozulması nəticəsində sarı cisim böyüməkdə davam edir və nəticədə kistalar formalaşır. Əksər hallarda belə kistalar müalicə tələb etmir və öz-özünə sorulur.



Cərrahi müalicə tələb etməyən kistaların biri də follikulyar kistalardır. Folikulyar kistalar ovulyasiya baş vermədikdə, follikulun böyüməsi davam etdikdə baş verir. Funksional kistalar hər bir qadında bir və ya bir neçə dəfə yarana bilər. Bu cür kistalar əsasən sərbəst və ya 2-3 menstrual tsikl üçün təyin olunmuş terapiyadan sonra sorulur.



Cərrahi müalicə tələb edən kistalara həqiqi kistalar və ya sist- adenomalar aiddir. Bu kistalar bir neçə növdə olur və bədxassəliyinə görə fərqlənirlər.
Sadə seroz sistadenomalarda proqnoz daha yaxşıdır. Belə kistalar nazik hamar divardan və tərkibində olan şəffaf seroz möhtəviyyatdan ibarətdir.
Çoxkameralı, pabilyar və ya mutsinoz kistalar zamanı daha ehtiyyatlı olmaq lazımdır .Bu cür kistaların divarı qalın və möhtəviyyatı qatı mutsinoz olur.


Cərrahi müalicə tələb edən kistaların digər növü dermoid kistalardır.
Yumurtalıqda inkişaf edən dermoid kistaların yaranmasının səbəbi embrional inkişaf zamanı yumurtalıqda səhvən digər toxumaların rüşeyminin qalması, gələcəkdə bunun böyüyərək kista əmələ gətirməsidir.



Cərrahi müdaxilə tələb edən kistalardan biri də endometrioid kistalardır.
Endometrioid kistalar endometrioz xəstəliyinin yaranma variantlarından biridir. Normal halda endometrium hüceyrələri yalnız uşaqlıqda yerləşir, digər orqanlarda olmur. Normada hər ay uşaqlığın divarından endometriumun qopması baş verir. Anormal halda endometrium hüceyrələri yumurtalıqda və ya digər orqanda yerləşərsə, yenə endometriumun hər ay qopması baş verir. Bu zaman xaric olan qan kapsulla əhatə olunur və kista formalaşır. Hər menstrual tsikl baş verdikdə qanın miqdarı artır və kista böyüyür.



Yumurtalıqda yerləşən kistaların cərrahi müalicəsi laparotomiya və ya laparoskopiya vasitəsi ilə baş verir.
Laparoskopiya zamanı qarın boşluğunun ön divarı kəsilmədən, kiçik dəliklərdən kista götürülür.
Xüsusi alətlər vasitəsi ilə kista sağlam toxumadan aralanır və xaric edilir. Xaric edilmiş kista xüsusi konteynerə qoyulur və qarın boşluğundan xaric edilir. Bəzən kistanın xaric edilməsi ilə yanaşı digər yumurtalıqdan da biopsiya götürülür. Götürülən bütün materiallar histoloji müayinəyə göndərilir və nəticəyə əsasən proqnoz qoyulur. Cərrahi əməliyyatdan sonra alətlər xaric edilir və həmin yerə tikiş qoyulur.

Laparoskopik prosedur zamanı sonsuzluq yaradan problemlər də aradan qalxır:
1. Uşaqlıq boruları yoxlanılıq, bitişmələr götürülür
2. Endometrioz ocaqlar və uşaqlıqda olan mioma düyünlərini aradan qaldırılır
Laparoskopiya uzunmüddərli sonsuzluğunun diaqnostikasında qızıl standart müayinə metodu hesab olunur.



Vital Klinikanın rəhbərı həkim mama ginekoloq Afaq Məcidova

Qəbula 012 437 52 20 050 312 23 12 telefon nömrələri ilə yazıla bilərsiz.



Onlayn rezervasiya

Klinikaya gəlmədən öncə onlayn olaraq qeydiyyatdan keçin, uyğun zamanda və növbəsiz xidmətlərdən yararlanın.