Labioplastika

Cinsiyyət dodaqlarının korreksiyası.


Göstərişlər: Doğuş prossesində alınmış travmalar (cırılma və deformasiyalar), forma və ölçü ilə bağlı estetik göstərişlər.

Əks göstərişlər: Qadın cinsiyyət üzvlərinin iltihabi xəstəlikləri, zöhrəvi xəstəliklər.
Əməliyyatdan əvvəl qadın müayinə olunur, qanda HİV (insan immunodefisiti virusu), sifilis, B və C hepatitləri virusu yoxlanılır, ginekoloji yaxma verilir.

Əməliyyat zamanı anesteziya yerli və ya ümumi olur, əməliyyat 40-45 dəqiqə davam edir. Əməliyyatdan sonra dərhal evə getmək və ya 1 gün stasionarda qalmaq lazım gəlir. 4-5 gün ərzində antibiotik qəbul olunmalıdır, şişkinlik, hərəkət zamanı ağrı, cüzi qansızmalar mümkündür. 1 həftə ərzində uzun müddət oturmaq və dar paltar geyinmək olmaz.

Tikişlərin gündəlik işlənməsi vacibdir. Fiziki yük, spirtli içkilər və isti prosseduralar keçirilməsi məsləhət deyil. Tikişlər 3-4 həftədən sonra sağalır.
Son nəticə 2-3 aydan sonra qiymətləndirilir.

Mümkün olan ağırlaşmalar: Əməliyyat nahiyyəsində şişkinlik, hematoma, diskomfort hissiyatı.

Labioplastika nisbətən sadə əməliyyatlardan olub cinsi həssaslığa və gələcəkdə baş verə bilən doğuş prosesinə mənfi təsir göstərmir.

Asanlıqla bizimlə əlaqə saxlayın 012 437-52-20, 050 377-44-44




Onlayn rezervasiya

Klinikaya gəlmədən öncə onlayn olaraq qeydiyyatdan keçin, uyğun zamanda və növbəsiz xidmətlərdən yararlanın.