Kardiologiya

Kardiologiya - ürək-qan-damar sistemi xəstəliklərinin səbəbləri, profilaktikası, diaqnostika və müalicəsi ilə məşğul olan klinik təbabət sahəsidir.
İnkişaf etmiş ölkələrin əhalisinin əlillik və erkən ölüm səbəbləri arasında ürək-damar xəstəlikləri ön sırada durur, ölüm hallarının strukturunda isə bu xəstəliklərin payına 60% düşür.
Ürək-damar sistemi xəstəliklərinin diaqnozu anamnez, xəstənin həkim tərəfindən müayinə olunması və laborator-instrumental müayinə üsullarının köməyi ilə qoyulur.
Müasir qeyri-invaziv (toxuma bütövlüyü pozulmadan və hər hansı bir infeksiyaya yoluxma riski olmadan) üsullar, eləcə də rentgenoloji və radioizotop müayinə üsulları, maqnit-rezonans tomoqrafiyası, exokardioqrafiya və ənənəvi elektrokardioqrafiya çox informativdir. Bununla belə, bəzən xüsusi göstərişlər olarsa invaziv manipulyasiyalar -- damarların və ürək boşluqlarının katoterizasiyası, angiokardioqrafiya yerinə yetirilir.
Müalicə diaqnoz qoyulmasından dərhal sonra başlanır. Müalicəyə klinik situasiyadan asılı olaraq iş, istirahət və qida rejimi barədə məsləhətlər, konservativ və əgər ehtiyac olarsa kardio cərrahi tədbirlər daxil olur.

Ürək xəstəliklərinin profilaktikası
Stenokardiya və ya miokard infarktının əlamətlərı
Arterial hipertenziya və hipertoniya xəstəliyi
Vegetativ-damar distoniyası
Miokard infarkti
Perikarditlər
Miokarditlər
Miokardiodistrafiya
Kardioskleroz
Revmatizm
Revmatizm
Anadan gəlmə ürək qusurları
Qazanılma ürək qusurları
Kəskin ürək çatişmazliği
Xroniki ürək çatişmazliği
Aritmiyalar


Onlayn rezervasiya

Klinikaya gəlmədən öncə onlayn olaraq qeydiyyatdan keçin, uyğun zamanda və növbəsiz xidmətlərdən yararlanın.