ABBASOVA MƏLAHƏT TALIB QIZI

Ali dərəcəli həkim, terapevt

Haqqında

Abbasova Məlahət Talıb qızı 1955 ci ildə Bakı şəhərində anadan olub. 1961-ci ildən-1971 ilə qədər Bakı ş-də 21N-li və 199N-li orta məktəblərində oxuyub. 1972-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə profilaktika fakultəsinə daxil olub . 1978-ci ildə Tibb Univesitetini müvəffəqiyyətlə bitirib .1978-1979 illərdə Semaşka adına 1 N li klinik xəstəxanada terapiya kafedrasında internatura keçib. 1985-ci ildən 5 N-li klinik xəstəxanada həkim terapevt vəzifəsində çalışıb. 2002-ci ildən bu günə qədər Vital klinikada həkim terapevt kimi fəaliyyət göstərir. Xəstələrə individual yanaşaraq, müalicə prosesində dərman müalicəsi ilə yanaşı fitoterapiya (bitkilərlə müalicə), fizioterapiya və digər metodlardan geniş istifadə edir.

Ailəlidir. 3 övladı, 2 nəvəsi var.
 
 
 

Əlaqə (+994 12) 449-99-99 | E-mail: info@vital.az

Fotoqalereya

Onlayn rezervasiya

Klinikaya gəlmədən öncə onlayn olaraq qeydiyyatdan keçin, uyğun zamanda və növbəsiz xidmətlərdən yararlanın.