MƏCİDOVA AFAQ HÜSEYN QIZI

Ali dərəcəli həkim mama ginekoloq. Vital Klinikanın yaradıcısı və rəhbəri

Haqqında

Məcidova Afaq Hüseyn qızı 1954 ci ildə Gədəbəy rayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra 1972-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakultəsinə daxil olub . 1978-ci ildə Tibb Universitetini müvəffəqiyyətlə bitirib . 1978-1979 illərdə Əzizbəyov adina 1 saylı Doğum Evində mama-ginekologiya kafedrasında internatura keçib. Sonra təyinatla Tovuz rayonunun ucqar kəndində mama-ginekoloq vəzifəsində çalışıb. 1985-ci ildə Ə.Əliyev adına Həkimlərin Təkmilləşdirmə İnstitutunun mama-ginekologiya kafedrasında kliniki ordinaturaya daxil olub. 2 ildən sonra həmin kafedraya assistent vəzifəsinə keçib. 1992-ci ildən 2003-ci ilə qədər 3 saylı Bakı şəhər Klinik xəstəxanasında mama-ginekologiya şöbəsinin müdiri vəzifəsində işləyib. 2003-ci ildən bu günə qədər Vital klinika-nın rəhbəri və həkim mama-ginekoloq kimi fəaliyyət göstərir. Afaq xanım uzun illər sonsuzluğun müalicəsi ilə məşqul olur. Bu sahədə onun nəzəri biliyi və praktiki təcrübəsi uzun illər sonsuzluqdan əziyyət çəkən yüzlərlə cütlüklərin arzularına çatmasına, övlad sahibi olmasına gətirib çıxardır. Indi Afaq xanının sonsuzluqdan müalicə etdiyi qadınların bəziləri nəinki qizlarını, hətta nəvələrini də Afaq xanımın yanına məsləhətə və müalicəyə gətirir.

Afaq xanım hər zaman təbii doğuşa üstünlük verən bir mütəxəssisdir. O hesab edir ki, qadın hamiləlik dövründə həkim nəzarəti altında olarsa, doğuşa düzgün hazırlanarsa rahat və travmasız doğuş (əlbətdəki keysəriyyə kəsiyinə göstəriş olmazsa) aparmaq mümkündür. VİTAL KLİNİKADA Afaq xanımın rəhbərliyi altında ANALAR MƏKTƏBI fəaliyyət göstərir.
 
 



Əlaqə (+994 12) 449-99-99 | E-mail: info@vital.az

Fotoqalereya

Onlayn rezervasiya

Klinikaya gəlmədən öncə onlayn olaraq qeydiyyatdan keçin, uyğun zamanda və növbəsiz xidmətlərdən yararlanın.