Hamilələr üçün gimnastika

Hamiləlik zamanı idman

 

 

 

 

 


 

İdman məşğələləri möcüzələr yaradır: əhval-ruhiyyəni qaldırır, deppresiyadan çıxarır, bədəni gözəl və elastik edir. Hətta əgər hamiləliyə qədər siz heç vaxt idmanla məşğul olmağa vaxt və güc tapmamısınızsa, indi hamilə olandan sonra buna imkan tapin. Yaxşı olar ki, idman sizin üçün təkcə vəzifə yox, həm də sevinc və ləzzət mənbəyi olsun.

Hamilələrə idman nəyə görə vacibdir?

İdman doğuş prosesində iştirak edən əzələləri möhkəmləndirir və məşq edir,

Beldə ağrıların, qəbizliyin, ayaq şişlərinin aradan qaldırılmasına kömək edir.

Əhval-ruhiyyəni qaldırır, enerjini artırır.

Yuxunu yaxşılaşdırır, tez yorulmanı aradan qaldırır,

Hamiləliklə əlaqədar ümumi diskomfortu azaldır.

Hamiləlik zamanı 3 qrup əzələ məşq olunmalıdır-bel, çanaq, qarın. Qarın əzələləri hamiləlik zamanı böyüyən körpə və uşaqlığa dəstək olmaq üçün, doğuş zamanı isə gücverməni təmin etmək üçün məşq olunmalıdır. Bəzən qadınlarda doğuşdan sonra sidik saxlaya bilməmək kimi problem də yarana bilir. Hamiləlik zamanı əzələlərin məşqi bu problemin qarşısını alır. Bel əzlələrinin məşqi bel ağrılarının qarşısını alır, qaməti yaxşılaşdırır.

İdman ana və körpə üçün doğuşu daha rahat keçirmək üçün, doğuş zamanı düzgün nəfəs almağa kömək edən diafroqmal hərəkəti məşq və inkişaf etdirir.

bütün bunları bildikdən sonra razılaşın ki, hamiləılik zamanı idmana vaxt ayırmağa dəyər.

Hamilələr üçün idman nə ilə fərqlənir? Yuxarıda göstərilən nəticələri almaq üçün hamilələrə xüsusi idman hərəkətləri proqramı hazırlanıb. Hamiləliyin dövründən asılı olaraq müxtəlif qrup əzələlərin məşq olunması tələb olinur.

İlk 3 ayda hamilələrə tənəffüs gimnastika və relaksasiya texnikaları öyrətmək məsləhətdir. Bu dövrdə qarın hələ balaca olsa da, hamiləliyin pozulma riskləri böyük olur. Ona görə də fiziki hərkətlərdə ehtiyyatlı olmaq lazımdır.

İkinci 3 aylıqda qarın presi və çanaq əzələləri möhkəmlənməlidir, qadın bədəni doğuşa fiziki hazırlanmalıdır.

Son üç aylıqda isə venoz durğunluğun aradan qaldırılması, oynaqların hərəkətliliyinin artırılması, bağırsaq funksiyalarının stimulyasiyası kimi məqsədlər qoyulmalıdır.

Təbii ki, hamilələr idmanla məşğul olmazdan əvvəl mütləq olaraq həkimləri ilə məsləhətləşməli, və yaxşı olar ki, bu sahədə təcrübəsi olan instruktur ilə məşğul olmalıdırlar.

Hamiləliyin bütün dövürlərində faydalı olan iki hərəkəti misal üçün sizə təsvir edək.

1.Kegel hərəkəti.Bu idmanı oturaq, uzanmış, və müxtəlif pozalarda etmək olur. Bu zaman kiçik çanaq və doğuş yollarının əzələləri gərginləşdirilir və boşaldılır. Bu əzələlər doğuşda iştirak etdiyi üçün doğuş yollarının daha güclü və elastik olmasını təmin edir. Aralıq əzələlərini yığıb yuxarı içəri dartın, bu vəziyyətdə tənəffüsü saxlamadan 10 saniyə qalın sonra əzlələri yavaş yavaş boşaldın (sidiyə gedərkən birdən sidiyi saxlamaq lazın olarsa etdiyiniz kimi), gündə 2-3 dəfə, hər dəfə 5-10 dəfə təkrarlayın.

2 "Pişik” hərəkəti-Qarın əzələlərini möhkəmləndirir, onurğaya yükü azaldır. Dizüstə dayanıb iki əlinizi də yerə qoyun. Nəfəsvermədə kürəyinizi aşağı əyin, (beli çox əyməmək şərti ilə) sonra ilkin vəziyyətə qayıdıb başınızı aşağı salın, belinizi yuxarı, qarnızını isə bir az yuxarı qaldırın .

 

 

 

 


Vital "Analar məktəbində” bu və digər hərəkətlər, relaksasiya və tənəffüs qimnastikası, meditasiya və s. hamilə qadınlara öyrədilir. Məşğələlər təcrübəli mama-ginekoloqların nəzarəti altında aparılır!

Bir daha öncədən həkiminizlə məsləhətləçin!


Onlayn rezervasiya

Klinikaya gəlmədən öncə onlayn olaraq qeydiyyatdan keçin, uyğun zamanda və növbəsiz xidmətlərdən yararlanın.