Ginekoloji xəstəliklər və müalicələri

Ginekologiya - Klinik təbabətin qadın cinsiyyət sisteminin fiziologiyası, xəstəliklərini və bu xəstəliklərin profilaktikası, diaqnostikası və müalicəsini öyrənən sahəsidir.
Həkim-ginekoloq qadın həyatının müxtəlif dövrlərində (uşaqlıq, yeniyetmə və yetkin dövrlərdə) qadın sağlamlığının qorunması məsələləri ilə məşğul olur. Mama-ginekoloq isə hamiləlik və doğuş dövrlərinə nəzarət edir.Ginekoloq qadın cinsiyyət orqanlarının kəskin və xroniki infeksion-iltihabi xəstəlikləri (kalpit, endometrit və.s.) uşaqlıq boynu eroziyası, xoşxassəli şiş törəmələri kimi xəstəliklərin müalicə və profilaktikası ilə məşğul olur. Sonsuzluq və ailə planlaşdırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə yardım edir.

Ginekologiyada funksional (USM, endoskopik və rentgen müayinələr) və laborator (bakterioloji, immunoloji və hormonal müayinələr) diaqnostika üsulları geniş tətbiq olunur.Müalicə üsulunun seçimi və müalicənin ambulator, yaxud stasionar şəraitdə aparılması barədə qərar verilməsi hər bir klinik halın özünəməxsus xüsusiyyətlərindən asılı olur.

Vital klinikanın rəhbəri tanınmış mama-ginekoloq Afaq Məcidova uzun illər təbabətin ən mürəkkəb sahələrindən biri olan qadın sonsuzluğu ilə məşğul olur. Onun əməyi, nəzəri biliyi və praktiki təcrübəsi sayəsində yüzlərlə ailə valideyn olmaq sevinci yaşayıb. Hətta başqa ölkələrdən onun sorağını eşidib gələnlərin də sayı az deyil.

Vital Klinikada sonsuzluğun uğurla müalicəsinin özəllikləri və sirləri :
- nigahda olan qadın və kişi tam müayinə olunur
- müalicələr qadın və kişidə paralel və əlaqəli aparılır
- pasientlərə individual yanaşma prinsipinə hər zaman riayət olunur
- ehtiyac olduqda başqa sahələrin mütəxəssisləri ilə konsultasiyalar olunur
- ailə cütünün psixolojı durumu korreksiya olunur
- kompleks müalicələr tətbiq olunur (dərman preparatları, bitkilər, fizioterapevtik proseduralar, müalicəvi idman, yerli proseduralar, ozonoterapiya, plazmaferez, qanın ultra-bənövşəyi şüalarla şüalandırılması və s. )
- özəl reseptlərlə hazırlanmış müalicəvi qarışıqlardan istifadə olunur

Afaq xanımın rəhbərliyi altında Vital klinikada qadın cinsiyyət sisteminin iltihabi xəstəlikləri, uşaqlıq miomaları, yumurtalıq kistaları, cinsi yolla keçən infeksiyalar, zooinfeksiyalar, hamiləlik toksikozları, yumurtalıq polikistozu, uşaqlığın disfunksional qanaxmaları, uşaqlıq boynu eroziyaları, klimakterik nevroz və bir çox başqa mama-ginekoloji problemlər müvəffəqiyyətlə müalicə olunur.

Qadınların dölyaratma sistemi (reproduktiv sistem)
Süd vəzilərinin funksiyası
Qadın hormonlarının müayinəsi
Mastopatiya və onun səbəbləri
Qadın reproduktiv sisteminin humoral regulyasiyası
Menstrual tsikl (aybaşı dövrü)
Menstruasiya
Polikistoz
Kontrasepsiya
Uşaqlıq yolu infeksiyaları
Yumurtalıq kistası
Vaginit-Kolpit
Hamiləlik dövründə ultrasəs müayinəsinin əhəmiyyəti
Ginekoloji xəstəliklərin ultrasəs meayinəsi
Ginekoloji əməliyyatlar


Onlayn rezervasiya

Klinikaya gəlmədən öncə onlayn olaraq qeydiyyatdan keçin, uyğun zamanda və növbəsiz xidmətlərdən yararlanın.