Fitoterapiya-bitkilərlə müalicə

Xalq təbabəti elmi təbabətdən min illər əvvəl yaranan bir tarixə malikdir. Keçmişdə ulularımız, elmi bilikləri olmasa da, gündəlik həyat təcrübələri əsasında bitkilərin müalicəvi tərkibini öyrənib, sınaqlardan keçirib, bir çox xəstəlikləri müalicə etməyə başlamışlar . İlk əvvəl yaraları, çapıqları, sızanaqları , qaşınmaları müalicə etmişlər. Zaman keçdikcə bir sıra daxili xəstəlikləri də bitkilərdən, otlardan və meyvələrdən alınan cövhərlər və şirələrlə müalicə etməyin sirlərini öyrənmişlər .
Təkamül nəticəsində nəsildən-nəsilə ötürülmə sayəsində, sadə tərkibli dərmanlar daha mürəkkəb təsirli müalicə vasitələrinə çevrilmişdilər.

Sovet dövlətinin sərt qanunları xalqı bu sərvətdən ayırmış və yasaq etmişdilər.Respubilkamızda demakratiya bərqərar olunduqdan sonra bu qiymətli sərvət xalqa qaytarılmışdı.

Fitoterapiya adı altında geniş yayılmış- yəni dərmansız, otlarla müalicə üsulu, həkim və digər sənət sahiblərinin də güclü marağına səbəb olmuşdu.
Fitoterapiya vasitəsi ilə bir sıra ürək-damar xəstəliklərini, ağciyər, daxili orqanlar, cinsi orqanlar, qadın xəstəlikləri, nevraloji və hətta psixi xəstəlikləri müalicə etmək mümkündür.

Fitoterapiya ilə məşğul olan Azərbaycan mütəxəssisləri təkcə Azərbaycan xalq təbabəti reseptləri ilə kifayətlənməyib bir sıra ölkələrin məs: Çin, Asiya, Hind, Misir, Sibir və sairə ölkələrdə yaşayan xalqlar tərəfindən yaranan təbii dərman vasitələrindən istifadə etmişlər .

Xalq təbabətində reseptlərə daxil olan bitkilərdən dəqiq dozada hazırlanmasının böyük əhəmiyyəti var.Əhali tərəfindən marağı çox olduğunu nəzərə alıb , bir sıra reseptləri tövsiyə edirik . Nəzərə almaq lazımdır ki , bu reseptlər zamanın sınağlarından keçib.

Ürək qan-damar xəstəliyində belə bir mikstura hazirlamaq olar.

I. 800 qr bal+10 ədəd limon +5 baş sarımsaq süzgəcdən keçirilib şüşə qaba tökülür. 10 gün qaranlıq və sərin yerdə saxlanılır . Hər gün səhər 2 x.q. qəbul edilir .

II. Badamı balla yedikdə ,kirəclənmiş qan damarları açılır.

III. Ürəyin tez-tez vurması və əsəb gərginliyində
25 qr pişik otu kökü
25 qr şirquyruğu
25 qr zirə meyvəsi
25 qr razıyana toxumu
Bu qarışıqdan 3 x. qaşığı götürüb dəmləyib, gündə 3 dəfə 1\2 stəkan içmək lazımdır .

IV. Qan təzyiqi yüksəldikdə ayağın, qolun, büküşlərin, ovucun içinə, ayağın altına sirkə sürtmək təziqi aşağı sala bilər .

V. Qara yemişan (150-200qr) çay kimi dəmləyib içmək qan təziqini aşağı salır .

VI. 1 stəkan qara turpun şirəsi + 1 stakan çuğundur şirəsi + 1stakan yerkökü şirəsi ağzı bağlanıb dəmir qaba tökülür vam oda duxovkada saxlamaq 3 saatdan sonra yeməkdən əvvəl 1x qaşığı içmək
Müalicə müddəti 2 aydır.

VII. Qan dövranı pozulubsa ac qarnına 1 diş sarımsaq yemək məsləhətdir .

Həkim- Terapevt Abbasova Məlahət

Əgər sizə digər xəstəliklərlə əlaqədər nə isə maraqlandırirsa , internet saytına yazın və biz məmuniyyətlə sizin suallarınıza cavaq yazarıq .
Asanlıqla bizimlə əlaqə saxlayın 012 437-52-20, 050 377-44-44


Onlayn rezervasiya

Klinikaya gəlmədən öncə onlayn olaraq qeydiyyatdan keçin, uyğun zamanda və növbəsiz xidmətlərdən yararlanın.