Exokardioqrafiya



Son 15-20 il ərzində ürəyin təsvirinin alınması üçün exokardioqrafiya və yaxud digər sözlə desək ürəyin ultrasəs müayinəsi əsas üsullardan biri hesab edilir.Demək olar ki bugün ki gün bu üsuk kardiologiya sahəsində yaranmış bir çox problemləri həll etməyə imkan yaradır.Onlardan məsələn ürək boşluqlrının habelə ürək əzələsinin qalınlığının ölçülməsi, ürəyin hərəkətetmə və yəğılma qabiliyyəti, ürək qapaqlarının funksiyası, boşluqlarda trombun olması haqqında və digər funksiyalarını qeyd etmək olar.Exokardioqrafiya- anadangəlmə və sonradan qazanılma ürək qüsurları haqqında ən dəqiq və eyni zamanda qeyri invaziv müayinə üsulu hesab edilir.Ürəyin ultrasəs müayinəsini aparmaq üçün əsas göstərişlər aşağadakılardır:

1 Anadangəlmə və ya sonradan qazanılma ürək qüsurlarına şübhə olduqda.
2 Ürəkdə hər hansı bir küy eşidilərsə.
3 Adi kardioqramma zamanı dəyişiklk tapılarsa
4 Miokard infarktına şübhə olduqda habelə infarktı keçirmiş xəstələr
5 Xəstələrdə ürək nahiyyəsində ağrılar, tənginəfəslik olduğu zaman
6 Qan təzyiqinin yuxarı və ya aşağı olarsa
7 Keçirilən ürək əməliyyatlarından sonrakə nəzarət məksədi ilə.

Bugün ki gün müasir exokardioqrafiya bir neçə variantlarda aparıla bilər

1 Sadə B- rejimli exokardioqrafiya- adından bəlli olduğu kimi ürəyin və onun müxtəlif hissələri(qapaqlar, ürək boşluğu) adi olaraq görməyə imkan yaradı



2 M rejim burada ürəyin yoxlanılması xüsusi qrafik formasında alınmış təsvirin üzərində aparılır.Köməkşi üsul hesab edilir və əksəriyyət hallarda birinci üsul ilə birlikdə aparılır



3. Doppler exokardioqrafiya müxtəlif formalarını özündə birləşdirərək(ipulsdalğalı,fasiləsizdalğalı,rənqli,enerqetik, toxumalı və impulstoxumalı doppler) sonucda ürəkdaxili və ürəkdən çıxan maqistral damarlarda gedən qan dövranı haqqında habelə ürək əzələsinin zəif hərəkət edən və gizli qalan sahələrini aşkar etmək imkanı yaradır




4 Ezofaqial exokardioqrafiya- yəni yemək borusu tərəfindən monoplanlı, biplanlı və multiplanlı şəkildə aparılan ürəyin yoxlanılması.Əks göstərişi yemək borusunda yaranan daralmalar



5 Stress exokardioqrafiya- bu zaman ürəyin ultrasəs müayinəsi xəstəyə müxtəlif fiziki sınaqlar və ya yüklənmələr verilərək aparılır.Əsasən geniş istifadə olunur ürəyin işemik xəsliyindən əziyyət çəkən xəstələrdə.

6 Damardaxili ultrasəs xüsusi damara yeridilmiş ötürücünün köməkliyi ilə ürəyin tacvari( koronar)damarlarının yoxlanılması .İnvaziv üsul hesab edilir və bir çox hallarda koronaroqrafiya ilə birlikdə aparılır



7 Kontrastlaşdırılmış exokardioqrafiya- xüsusi kontrast maddəni istifadə edərək ürəyin yoxlanılması aparılır.



8 3-D və 4- D exokardioqrafiya- xüsusi kompyuter analizini aparılması nəticəsində ürəyin üçölçülü təsvirini almaq imkanı



Bu üsulları özündə cəmləşdirən müasir exokardioqrafiya ürəyin istər anatomik istərsə də onun qan dövranı haqqında çox dəqiq informasiya toplamaq imkanı və beləcə xəstəyə əlavə invaziv üsullarla aparılan müayinələrdən yan keçməyə imkan yaradır.

ultrasəs diaqnostika həkimi ZAUR SÜLEYMANOV


Onlayn rezervasiya

Klinikaya gəlmədən öncə onlayn olaraq qeydiyyatdan keçin, uyğun zamanda və növbəsiz xidmətlərdən yararlanın.