Epidural Anasteziya

Epidural Anasteziya



Epidural anesteziyanın yerinə yetirilmə qaydası.
Epidural boşluğun punksiyası aşağı bel nahiyəsində oturaq və ya yanı üstündə uzanmış vəziyyətdə olunur.Punksiya onurğa beyni qurtardığı səviyyədən xeyli aşağıda olunduğuna görə onurğa beynin zədələnməsi istisna olunur,bu səviyyədə yalnız sinir kökləri yerləşir.
İlk növbədə dəri punksiya olunacaq nahiyyədə antiseptik məhlullarla işlənir.Sonra nazik iynə vasitəsilə funksiya nahiyəsində dəri yerli anesteziya olunur; bu əsas manipulyasiyanın ağrısız keçməsini təmin edir.

Sonra xüsusi birdəfəlik iynə epidural boşluğa yeridilir və bu iynə vasitəsilə nazik katetr qoyulur.Katetrin uc hissəsi epidural boşluğa daxil edildikdən sonra punksiya iynəsi xaric olunur,katetr isə bel nahiyəsində fiksasiya olunur.Ketetrin qoyulması ağrıkəsicinin əlavə dozalarına ehtiyac olduğu halda təkrar punksiya zərurətini aradan qaldırır,preparat artıq katetr vasitəsilə epidural boşluğa yeridilir.

Epidural anesteziyanın effekti 10-15 dəqiqədən sonra hiss olunmağa başlayır.Epidural anesteziya ağrı hissiyatını xeyli azaltsa da insanın şüuru tam aydın olur,bu epidural anesteziyanın mühüm üstünlüklərindən biridir.

Epidural anesteziyaya əks göstərişlər:
--qadında qan laxtalanmasının pozğunluqları;
--qadında hər hansı bir infeksiya;
--punksiya nahiyəsində irinli səpgilərin olması;
--ağır nevraloji xəstəliklər;
--qadının bu üsulun tətbiq olunmasından imtina etməsi.

Asanlıqla bizimlə əlaqə saxlayın 012 437-52-20. 050 377-44-44


Onlayn rezervasiya

Klinikaya gəlmədən öncə onlayn olaraq qeydiyyatdan keçin, uyğun zamanda və növbəsiz xidmətlərdən yararlanın.