Endokrinologiya

Endokrinologiya - endokrin sisteminin quruluşu, funksiyaları, xəstəlikləri, bu xəstəliklərin yaranma mexanizmləri, profilaktika, diaqnostika və müalicəsi ilə məşqul olan klinik təbabət sahəsidir.
Endokrin sistemi orqanlarında sintez olunan hormonlar orqanizmin demək olar ki, bütün həyati vacib prosseslərinə “rəhbərlik” edən bioloji aktiv maddələrdir.
Boy, çəki, cinsi yetişkənlik, nəsilartırma (reproduksiya) funksiyası və bütün orqan və sistemlərin birgə fəaliyyətinin keyfiyyəti qandakı bu və ya digər hormonların miqdarı ilə təyin olunur.
Hipotireoz və akromeqaliya, şəkərli diabet və piylənmə, osteoporoz və erkən menopauza, diffuz toksik zob, hipotalamik sindrom və endokrin mənşəli sonsuzluq və.s. kimi problemlərlə endokrinoloqlar məşğul olur.
Diaqnozun təsdiqlənməsi üçün laborator - instrumental müayinələrin, həmçinin hormonların konsentrasiyasının radioimmunoloji yolla təyininin nəticələrinin olması vacibdir.
Müalicə klinik situasiyadan asılı olaraq pəhrizdən, konservativ, cərrahi, neyrocərrahi və ömür boyu davam edəcək əvəzləyici hormonal terapiyadan ibarət ola bilər.

Yod və qalxanvari vəz
Miksedema
Arıqlama metodları
Real arıqlama
Boyatma
Uşaqlarda boy artımı problemi
Ginekomastiya
Osteoporozun profilaktikası
Şəkərli diabet
Müalicə olunuram: Amma qan şəkərim hələ də yüksəkdir!
Latent diabet
Uşaqlarda diabet
Klimaks
Artıq çəki
Hormonlar
Mastopatiya
Artıq çəki və piylənmə
Şəkərli diabet nədir?
Hipofiz
Qalxanvari vəz
Octeoporoz


Onlayn rezervasiya

Klinikaya gəlmədən öncə onlayn olaraq qeydiyyatdan keçin, uyğun zamanda və növbəsiz xidmətlərdən yararlanın.