Kosmetologiyada ozonoterapiya




DERMATOLOGİYADA VƏ KOSMETOLOGİYADA EKSTRAKORPORAL
MǓALİCƏ METODLARΙNΙN ROLU
( OZONOTERAPİYA PLAZMAFEREZ UFO )

Dermatologiyada ekstrakorporal müalicә metoduna göstәriş׃

٭dәrinin herpetik vә digәr virus infeksiyaları
٭uqrilәr
٭mikozlar(kandidoz,trixofitiya vә s.)
٭trofik yaralar
٭psoriaz
٭dermatozlar (neyrodermit, ekzema)
٭piodermiya, furunkulyoz
٭sifilis, qonoreya
٭dәridә olan damar ulduzcuqları (teleangioektaziya).
٭seboreya
Dermatologiyada ozonoterapiya hәm yerli, hәm dә ümumi şәkildә tәtbiq olunur. Iltihablarda, virus mәnşәli dermatitlәrdә , piodermiyalarda, qaşınmalarda--- venadaxilinә , uqrilәrdә, yara, xora, sızanaqlarda isə yerli tәtbiq olunur. Xüsusi ozonlaşmış zeytun yağı dәri yaralarında, eroziyalarda geniş istifadә olunur. Ozonun dәrialtı, dәriiçi yeridilmәsi furunkulyozda, uqrilәrdә trofik yaralarda, herpesdә istifadә olunur. 3-5 seansdan sonra qaşınma, iltihab әlamәtlәri, ağrı, ödem, hiperemiya aradan qalxır.
Ekstrakorporal müalicә bakteriosid, virusid, iltihab әleyhinә, immunostimulәedici tәsir göstәrir. Bundan başqa qan dövranını yaxşılaşdırır, toxumaların oksigenlә tәchizatını artırır. Qaşınmanı, sәpgilәri, dәridә olan ödemi aradan qaldırır, sızanaqları, yaraları, xoraları sağaldır.

Kosmetalogiyada ekstrakorporal malicәnin rolu׃
Yaş ötdükcә dәridә oksidlәşmә proseslәri zәiflәyir, dәri elastikliyini itirir, qırışlar әmәlә gәlir, dәrialtına piy toplanır. Müasir tәbabәtdә bioloji aktivliyә malik ozondan geniş istifadә olunur. Ozonlaşmış mәhlullar üzün, boynun, qarnın, budun müәyyәn nahiyәlәrinә yeridilәrәk hüceyrәlәrin hәyat fәaliyyәtini stimulә edir, toxumaları tәzәlәyir. Dәrialtı yeridilmәsi nәticәsindә qan dövranı yaxşılaşır, toxumaların oksigenlә tәchizatı artır. Köhnә hüceyrәlәr mәhv olur, yenilәri әmәlә gәlir. Qırışlar hamarlaşır, ödemlәr keçir, gözaltı şişkinliklәr aradan qalxır. Yaraların sağalmasında vә dәrinin elastikliyinin bәrpasında ozonlaşmış zeytun yağının böyük rolu var. Kosmetologiyada selulitin müalicәsindә dә ekstrakorporal müalicә metodundan istifadә olunur. Bu zaman nə baş verir:
٭lipidlәri yandırır, dәrialtı piy toxuması azalır
٭qan dövranını yaxşılaşdırır, dәrinin elastikliyini artırır.
٭limfadrenajı sürәtlәndirәrәk toxumalardan artıq mayenin çıxmasını artırır, çәkini azaldır.
٭mikrosirkulyasiyanın yaxşılaşması hesabına toksinlәrin vә piy toxumasının parçalanma mәhsullarının orqanizmdәn xaric olması baş verir.
٭dәrinin rәngi yaxşılaşır
٭tәr vә piy vәzilәrinn funksiyası normallaşır

EKSTRAKORPORAL MǓALİCƏ ilә saçların strukturu yaxşılaşır, saç tökülmәsinin qarşısı alınır.

Aleksandrit Lazer Epilyasiya


Onlayn rezervasiya

Klinikaya gəlmədən öncə onlayn olaraq qeydiyyatdan keçin, uyğun zamanda və növbəsiz xidmətlərdən yararlanın.