Elektrokardioqramma

Elektrokardioqrafiya ürək fəaliyyəti zamanı yaranan elektrik sahələrinin qeydiyyatı və tətqiqinə əsaslanan diaqnostik metodikadır. EKQ kardioloji müayinələr arasında ən vacib olanlardan biridir. Ziyansız, tez, ucuz və informativ olduğuna görə bütün tibb müəssilərində, təcili yardım maşınlarinda EKQ müayinəsi geniş tətbiq olunur.
EKQ nələri göstərir:
ürək döyunməsinin sayını və ritmini
ürək əzələsinin kəskin və ya xroniki zədələnmələrini (miakard infarktı, miakard işemiyası)
mübadilə prosesinin pozulmasının aşkarlanması üçün istifadə oluna bilər (kalium, kalsium, maqnezium və başqa elektrolitlər)
ürəkdaxili keçiriciliyin pozulmalarını (müxtəlif blokadalar) və s.


Onlayn rezervasiya

Klinikaya gəlmədən öncə onlayn olaraq qeydiyyatdan keçin, uyğun zamanda və növbəsiz xidmətlərdən yararlanın.