Dovşandodaqlıq

DOVŞANDODAQLIQ - üst dodağın anadangəlmə yarığı.



Üst dodağın anadangəlmə qüsurlu inkişafi nəticəsində yan tərəfdən bitişməyərək yarıq qalmasına dovşan dodaqlıq deyilir. Dovşan dodaqlıq bəzən qurd ağızlıq ilə birgə müşahidə olunur.

Bu potologiyanın səbəbi tam aydınlaşdırılmayıb, lakin hamiləliyin birinci trimesrtində (ilk üç ay) ananın keçirdiyi virus infeksiyaları (toksoplazma, sitomeqalovirus, herpes, məxmərək), cinsi yolla keçən infeksiyalar, hamiləlik dövründə qəbul edilən dərman preparatları, qeyri-kafi ekoloji şərait və s. faktorlar, həmçinin irsi meylilik bu eybəcərliyin yaranmasına gətirib çıxara bilər.

Yeni doğulmuş körpələr arasında təxminən 2 min körpədən birində təsadüf olunur. Oğlan uşaqlarında nisbətən daha çox olur.

Hamilə qadın ilk dəfə 16 həftədən sonra növbəti USM keçərkən körpədə Doşan dodaqlıq olduğunu öyrənə bilər. Lakin bu panikaya düşməyə, hamiləliyi pozmağa cəhd etməyə əsas deyil. Doşan dodaqlıq yalnız zahiri fiziki qüsurdur, uşağın daxili orqanlarında bununla yanaşı gedən heç bir anomaliya, hər hansı fiziki və ya psixi çatmamazlıq adətən olmur. (qurd ağızlılıqdan başqa).

Lakin bu o demək deyil ki heç bir şey olunmamalıdır. Dovşan dodaqlıq körpənin yeməyində və nitqində çətinlik yaradır, böyüdükcə fərqli görünüşünə görə kompleks keçirməyə başlayır.Buna görədə əməliyyata əks göstəriş olmadıqda körpənin 3 ayından sonra plastik cərrahiyyə əməliyyatı həyata keçirilməlidir. Əmaliyyatdan 3-4 saat sonra uşağa fizioloji məhlul və ya 5% -li qlyukoza,sonra sağılmış ana südü çay qaşığı ilə verilir. Hər qidalanmadan sonra ağzı yumaq üçün 2-3 çay qaşığı qaynadılmış su içirdilir. Yara açıq saxlanılır, yalnız 2 həftədən sonra uşağı döşlə əmizdirməyə qayıtmaq olar.

Əməliyyatdan sonra adətən heç bir iz qalmır, və ya çox cuzi olur ki,bunu da sonradan asanlıqla aradan qaldırmaq olur.

Asanlıqla bizimlə əlaqə saxlayın 012 437-52-20, 050 377-44-44


Onlayn rezervasiya

Klinikaya gəlmədən öncə onlayn olaraq qeydiyyatdan keçin, uyğun zamanda və növbəsiz xidmətlərdən yararlanın.