Hamiləlik və qalxanabənzər vəzi
Hamiləlik dövründə qalxanabənzər vəzinin normal fəaliyyət göstərməsi vacib faktorlardan biridir. Qalxanabənzər vəzinin ifraz etdiyi tiroksin və triyodtironin hormonları dölün bətndaxili inkişafında əsas rol oynayır. Xüsusən, baş beynin , ürəyin, damarların, hərəkət-dayaq aparatının, cinsiyyət sisteminin normal inkişafını təmin edirlər.
Təəssüf ki, çox vaxt hamilə qadının qalxanabənzər vəzinin xəstəliklərindən xəbəri olmur və hamiləlik pis sonluqla nəticələnir. Qalxanabənzər vəzinin funksiyasının həm artması, həm də azalması təhlükəlidir.
Qalxanabənzər vəzinin hipotireozu və hamiləlik.
Hipotireoz- bu qalxanabənzər vəzinin funksiyasının azalmasıdır. Xəstəliyin əlamətləri zəiflik, daimi yorğunluq, dırnaqların sınması, saçların tökülməsi, nəbzin
zəifləməsi, tənginəfəslik, depressiya, diqqətin azalması, dərinin quru , səsin xırıltılı olmasıdır. Laborator müayinə zamanı qalxanabənzər vəzinin hormonlarının səviyyəsi az olur. Kənardan normal görünən hamiləlik körpənin anomaliyalarla, beyin zədələnməsi, sistem və orqanların inkişaf pozulmaları ilə doğulmasına səbəb olur. Hipoteriozun hamiləliyin birinci 3 aylığında inkişafı daha təhlükəlidir. Çünki bu dövrdə həyati vacib orqanların əsası qoyulur.
Qalxanabənzər vəzinin hiperfunksiyası və hamiləlik.
Hiperterioz və ya qalxanabənzər vəzinin hiperfunksiyası. Əlamətləri: istilik hissi, yorğunluq, nervoz, kəskin arıqlama, narahatçılıq, yuxu pozğunluğu, əzələ zəifliyi. Bundan başqa hamilə qadın təzyiqin yüksəlməsindən, nəbzin tezləşməsindən, əlin titrəməsindən şikayət edir. Bu cür vəziyyət hamilə qadın və döl üçün təhlükəlidir. Bu zaman təcili olaraq müəyyən tədbirlər görmək lazımdır.
Məsələn, qalxanabənzər vəzinin bir hissəsinin kəsilib götürülməsi.Qalxanabənzər vəzi xəstəliyi və hamiləlik.
Qalxanabənzər vəzinin böyüməsi heç də həmişə onun xəstəliyindən xəbər vermir. Hamiləlik dövründə qalxanabənzər vəzi çox böyük intensivlikdə işləyir və nəticədə də hamilələrin qalxanabənzər vəziləri böyüyür. Buna baxmayaraq yenə də müayinədən keçmək və xəstəliyin olmamasından əmin olmaq lazımdır. Qalxanabənzər vəzinin sadə müayinə metodlarından biri USM-dir.
Qalxanabənzər vəzi ilə əlaqədar olan digər xəstəliklərdən biri də vəzinin xərçəngidir. Təəssüf ki, bu xəstəliyə övlad arzusunda olan cavan qadınlarda da rast gəlinir. Qalxanabənzər vəzinin xərçəngi qadını analıq hissindən məhrum edir.
Qalxanabənzər vəzinin cərrahi əməliyyatından sonra hamiləlik endokrinoloq və ginekoloq tərəfindən planlaşdırılmalıdır. Qalxanabənzər vəzisi olmayan qadınlarda hamiləlik intensiv olaraq həkim nəzarəti altında olmalıdır. Nəticədə hamiləlik müsbət sonluqla bitəcək.
Qalxanabənzər vəzi ilə əlaqədar olan digər xəstəliklər hamiləlik vaxtı yaranan qalxanabənzər vəzi kistası və düyünləridir. Bu xəstəliklər hamiləliyin pozulmasına səbəb olmur. Kistaların müalicəsi ümumi müalicə metodlarından çox da fərqlənmir. Yeganə olaraq yod izotopları ilə stintiqrafiya aparılmır.
Hamiləlik və qalxanabənzər vəzi.
Qalxanabənzər vəzi ilə əlaqədar olan digər xəstəliklərə qalxanabənzər vəzinin hipoplaziyası və hiperplaziyası, həmçinin AİT(autoimmun tireoidit) aiddir. Qalxanabənzər vəzinin hipo və hiperplaziyası anadangəlmə olaraq vəzinin qeyri-tam inkişafı və hormonal çatmamazlığı və ya vəzinin həddindən artıq böyük ölçüdə olmasıdır.
Autoimmun tireoidit (AİT)-qalxanabənzər vəzinin autoimmun xarakterli xroniki iltihab xəstəliyidir.