Veloerqometriya

EKQ - Veloerqometriya fiziki yük fonunda elektrokardioqrammanın çəkilməsinə deyilir. Ürək xəstəliklərinin erkən dövrlərində, adi EKQ zamanı aşkarlanmayan dəyişiklikləri məhz bu müayinə vasitəsi ilə təyin etmək olar. Bunun üçün xüsusi velotrenajordan istifafə olunur. Bu metod vasitəsi ilə ürək qan-damar sisteminin gizli patologiyalarını aşkar etmək olur.

Bu müayinə hansı məqsədlə aparılır :

1. Gizli gedən ürək damar sistemi patologiyalarının diaqnostikası. (o cümlədən, simptomatika olmadığı hallarda, xüsusi ilə də risk faktorları siqaret çəkmə, arterial təzyiq yüksək olan, xolesterini yüksək olan şəxslərdə.)
2. Gizli gedən ürək ritmi pozulmalarının provakasiyası .
3. Sağlam insanlarda, idmançılarda, fiziki yüklənməyə qarşı tolerantlığın təyini .
4. Cərrahi əməliyyatdan öncə riski dəyərləndirmək üçün.
5. Əmək qabiliyyətinin təyini zamanı.
6. Ürək Infarktından sonra erkən dövrlərdə proqnoz vermək üçün.

Hansı hallarda veloerqometriya mütləq lazımdır :

1. Döş qəfəsində atipik ağrı sindromu ( xüsusilə fiziki işdən sonra yaranan) zamanı.
2. Ürəyin işemik xəstəliklərinin əlamətlərinin qeyri dəqiq təzahürü zamanı ( fiziki işlə əlaqədar yaranan təngənəfəslik , ürək döyünmə , zəiflik, baş gicəllənmə ).
3. Gərginlik stenokardiyası olan şəxslərdə (fiziki yükə tolerantlığın təyini).
4. Kəskin miokard infarktından sonra.
5. Ağrı sindromu olmadıqda və ya atipik xarakter daşıdıqda, adi EKQ zamanı qeyri spesifik dəyişikliklər aşkar olunduqda.
6. İctimai nəqliyyat sürücülərində , təyyarəçılərdə profilaktik müayinələrdə. (ictimai təhlükəsizlik baxımından )

Əks göstərişlər

1. Ağırlaşmış kəskin miokard infarktı (3 həftəyədən)
2. Ağırlaşmamış kəskin miokard infarktı (7-14 gün)
3. Qeyri stabil stenokardiya, kəsilməyən ağrı sindromu ilə.
4. 2 B və 3 cü dərəcəli ürək çatışmamazlığı.
5. Kəskin təzahür edən tənəffüs çatışmamazlığı.
6. Ağır ritm pozğunluqları.
7. Aktiv iltihabi xəstəliklər (infeksion və qeyri infeksion , yüksək hərarət , tromboflebit, endokardit , perikardit , miokardit - 3 ay).
8. Ağciyər arteriyasının tromboemoliyası , ürək boşluğunda tromblar , ağciyər infarktı.
9. Ürək klapanlarının kritik pozğunluqları.
10. Aortanın anevrizması , sol mədəciyin post infarkt anevrizması.


Onlayn rezervasiya

Klinikaya gəlmədən öncə onlayn olaraq qeydiyyatdan keçin, uyğun zamanda və növbəsiz xidmətlərdən yararlanın.