Check-up nədir?

Check-up konkret xəstəliyi və ya şikayəti olmayan istənilən şəxsdə mövcud ola biləcək və ya mövcud xəstəliklərin erkən müəyyən edilməsinə imkan verən müayinələr kompleksidir. Çünki heç də hər bir xəstəlik özünü bu və ya digər şikayətlərlə biruzə vermir. Check up həmçinin gələcəkdə xəstəliyə səbəb ola biləcək risk faktorlarının əvvəlcədən aşkar edilməsində də mühüm əhəmiyyət daşıyır.

Müxtəlif çeşiddə müayinələri özündə birləşdirən check-up proqramının ən azı ildə bir dəfə aparılması məsləhətdir.

Check-up-a hazırlıq:
Müayinəyə səhər vaxtı və acqarına (yalnız su qəbulu mümkündür) gəlməli;

Hamiləlik və ya buna şübhə varsa mütləq qeyd edilməli;

Son 3 gün ərzində dəmir və vitamin C olan dərman vasitələri və çox miqdarda qida məhsulları (məsələn, qırmızı ət, ispanaq, çuğundur, turp və s.) qəbul etməməli;

Qadınlar üçün check-up menstruasiya dövründə həyata keçirilmir.

Check-up-ın əhəmiyyəti:
Check-up -ın aparılmasında məqsəd uzun illər sağlam və keyfiyyətli həyat təmin etməkdən ibarətdir.
Bugün VİTAL KLİNİKA olaraq sizlərə süd vəzi, yumrtalıq, uşaqlıq və uşaqlıq boynu, prostat, sidik kisəsi, mədə, qaraciyər və öd yolları, mədəaltı vəzi kimi orqanların xərçəng xəstəliyi (onkomarkerlər), diabet (qanda şəkər), müxtəlif ürək xəstəlikləri və yüksək təzyiq, damar keçməməzliyinə səbəb ola bilən yağların qandakı səviyyəsi (HDL, LDL), böyrək funksiyasının pozulması (Kreatinin, Sidik cövhəri, Sidik turşusu, Albumin, Ümumi zülal), qaraciyər xəstəlikləri (ALAT, ASAT, Bilirubin,QQT, hepatit B, C), revmatik xəstəlikləri (ASO, RF, CRP), qalxanabənzər vəzi xəstəlikləri (fT3,fT4, TSH), sümük kövrəkliyi (Kalsium, Fosfor) yarada bilən faktorların müayinəsini təklif edir.

Risk faktorlarını müəyyən etməklə xəstəliyin erkən diqnozunu qoymaq və xəstəliyin inkişafının qarşısını almaq olar.

Yadda saxlayın: Orqanizmimizdəki bütün orqanlar bir-birilə sıx əlaqədədir. Bir orqanda müəyyən problemin olması daha sonralar digər orqanların fəaliyyətinə, bu isə ümumi sağlamlığa ciddi şəkildə təsir göstərir. Gəlin sağlamlığımızı təhlükə altına atmayaq! Unutmayın ki, erkən diaqnostika uğurlu müalicənin ən önəmli amilidir.

Chek-up nəticələri ilə nə etməli?
Vital Klinikada müayinə olunub, check up panelinin nəticələrini əldə etdikdən sonra Siz öz həkiminizə müraciət etməlisiniz. Əgər müvafiq ixtisaslar üzrə həkiminiz yoxdursa, Siz Vital Klinika vasitəsilə lazımi ixtisaslı həkimlərlə əlaqələndirilə bilərsiniz. Vital Klinikanın əməkdaşlıq etdiyi müxtəlif ixtisas səhəsində mütəxəssis olan həkimlər haqqında qəbul şöbəsindən ətraflı məlumat almaqdan çəkinməyin.

Asanlıqla bizimlə əlaqə saxlayın 012 437-52-20, 050 377-44-44


Onlayn rezervasiya

Klinikaya gəlmədən öncə onlayn olaraq qeydiyyatdan keçin, uyğun zamanda və növbəsiz xidmətlərdən yararlanın.