Polikistoz
Polikistoz
Polikistoz yumurtalıq sindromu –reproduktiv dövrdə qadınlar arasında inkişaf edən hormonal dəyişiklikdir. Bu zaman yumurtalıqların ölçüsü böyüyür, çoxlu sayda içi maye ilə dolu kiçik kistalar yaranır.
Polikistoz, yumurtalıqlar normadan artıq kişi hormonu ifraz etdikdə formalaşır.Hər bir menstrual tsikl zamanı yumurtalıqlarda çoxlu kişik folikullar formalaşır. Bunlardan yumurtahüceyrə xaric olur. Menstrual tsiklin ortasında, ovulyasiya zamanı folikullardan birindən yumurtahüceyrə xaric olur, digər folikullar isə finksiyasını itirir. Polikistoz sindromunda ovulyasiya baş vermir, follikullar maye ilə dolur və kistaya çevrilir. Nəticədə yumurtalıqların ölçüsü 2-5 dəfə artır.
Bu sindrom olan qadınlarda disfunksiya, ikincili kişi əlamətləri (tüklənmə, piylənmə və s.) inkişaf edir. Baş verən bu dəyişikliklər qadın sonsuzluğuna gətirib çıxarır.
ƏLAMƏTLƏR:
Sindromun əlamətləri adətən birinci menstrual tsikldən sonra inkişaf edir. Diaqnoz qoymaq üçün xəstəliyin əsas iki simptomunu bilmək lazımdır.
-Menstrual tsiklin pozulması: Menstrual tsiklin müddətinin 35 gündən çox olması, ildə 8 menstrual tsiklin olması , 4 ay ərzində tsiklin olmaması sindromun xarakter əlamətidir.
-androgenlərin ifrazının artması: tüklənmə, qara nöqtələrin yaranması, keçəlləşmə.
-polikistoz yumurtalıqlar: (USM)
Digər əlamətlər:
-sonsuzluq.
-piylənmə
-ikincili tip şəkərli diabet
MÜALİCƏ
müalicə hormonal balansın normallaşmasına yönəlir. idman, pəhriz, liposaksiya (artıq piyin götürülməsi) əməliyyatı kimi tədbirlər də çox faydalı olur.
tüklənmə zamanı müalicə tam fayda vermirsə LAZER EPİLYASİYASI da istifadə olunur.
Əlaqə nömrələri : (012) 440 03 33; (012) 449 99 99; (050) 285 95 31; (050) 312 23 12 (telefon və whatsapp)