Appendisit

Appendisit-ən çox yayılmış cərrahi xəstəlik olub, kəskin və xroniki formalarda ola bilər.
Appendisitin ilk əlaməti ağrıdır. Adətən ağrı gecə və ya səhərə yaxın başlayır. Kürəkdə və ya göbək ətrafı nahiyyədə başlayan küt ağrılar, 3-4 saatdan sonra güclənərək sağ qalça çuxurunda lokalizasiya olunur. Ağrı yeriyərkən və sağ böyrü üstə uzanarkən güclənir, daimi xarakter daşıyır.
Ağrı başlanandan 2-3 saat sonra ürək bulanma və qusma müşahidə olunur. Qusma çox vaxt bir dəfə olur, rahatlıq gətirmir. Qəbizlik və ya ishal yarana bilər. Ağrıdan 2-4 saat sonra hərarət yaranır. Iltihabi proses nə qədər güclüdürsə hərarət də o qədər yüksək olur.

DİQQƏT: QARIN NAHİYYƏSİNDƏ YARANMIŞ, 6 SAATDAN ÇOX DAVAM EDƏN GÜCLÜ AĞRI CƏRRAHİ XƏSTƏLİK ƏLAMƏTİDİR VƏ CƏRRAH MÜAYİNƏSİ TƏLƏB EDİR.

Ilk yardım.
Ağrı əmələ gəldikdə 2 tabletdən çox olmayaraq spazmolotok (məs. Noşpa) qəbul etmək olar. əgər fayda verməsə cərraha müraciət olunmalıdır.
Güclü ağrıkəsici, antibiotiklər qəbul etmək olmaz, onlar xəstəliyin əlamətlərini pozaraq vaxtında diaqnoz qoymağa mane olar. Isti kompres, isidici (qrelka) qoymaq qəti olmaz.
6 saat ərzində göstərilən əlamətlər keçmirsə təcili cərraha müraciət etmək lazımdır. Həkim baxana qədər qida qəbul etmək olmaz.
Appendisitin əsas müayinəsi həkim cərrah tərəfindən olunur. Qanın və sidiyin ümumi analizi, USM, qadınlarda ginekoloqun baxışı və lazım olan başqa müayinələr aparılır.
Appendisitə şübhə yaranarsa, lakin diaqnoz tam təstiqlənməmişsə xəstə cərrahi stasionara hospitalizasiya olunmalı. Nəzarət altinda qalmalı, lazım olarsa diaqnostik laparoskopiya aparıla bilər. Diaqnostik laparoskopiyada yerli keyitmə altında göbək nahiyyəsində dəlik açılır, qarın boşluğuna laparoskop daxil edilərək soxulcanabənzər çıxıntiya baxılır.
Agər appendisit diaqnozu şübhə yaratmırsa yeganə müalicə metodu cərrahi appendoektomiya soxulcanabənzər çıxıntının kəsilməsi əməliyyatıdır.
Bu əməliyyat ümumi narkoz altında ənənəvi cərrahi üsulla və laparoskopik metodla aparıla bilər. Laparoskopik appendektomiya açıq üsulla əməliyyatdan daha məsləhətlidir, çünki əməliyyatdan sonrakı bərpa dövrü laparoskopik əməliyyatda daha qısadır.


Onlayn rezervasiya

Klinikaya gəlmədən öncə onlayn olaraq qeydiyyatdan keçin, uyğun zamanda və növbəsiz xidmətlərdən yararlanın.