Bud sümüyü boynunun sınığı

-Bud sümüyü boynunun sınığı –ağır və təhlükəli travmadır. Bu sınığa cavan və yaşlı insanlarda rast gəlinə bilər.
-Yaşlı insanlarda bu sınıqlar ağır fəsadlarla nəticələnir. Uzun müddətli yataq rejimi yaşlı insanlarda ürəkçatmamazlığına,
pnevmaniyaya, tromboemboliyaya səbəb olur. Bu xəstəliklər də ölümlə nəticələnir.

-Çox hallarda bud sümüyü boynunun sınığını cərrahi yolla müalicə edirlər. Cavan adamlarda 3 vintlə osteosintez, yaşlılarda protezləşdirmə aparılır.

Cavan və yaşlı insanlarda bud sümüyü boynunun sınığı fərqlidir. Bir qədər yaşlı insanlarda sınığın əsas səbəbi osteoporozdu. Osteoporoz qadınlarda menapauzadan sonra, kişilərdə isə nadir hallarda qocalıq dövründə inkişaf edir. Ona görə də qadınlarda kişilərə nisbətən daha çox sınıqlara rast gəlinir. Osteoporoz zamanı sınıq adi yıxılmadan baş verə bilər. Bud sümüyü sınığının risk faktorlarına nevroloji xəstəliklər, onkoloji xəstəliklər, qidalanmanın pozulması, fiziki aktivliyin azalması və s. aiddir.
Cavan insanlarda isə sınığın səbəbi ağır travmalardı.

Təsnifatı:
Müalicəni düzgün aparmaq üçün sınığın yerləşmə yerini müəyyən etmək lazımdı. Sınıq xətti bud sümüyünün başına yaxın olduqca bud sümüyü başının qanla təchizatı daha çox pozulur, bud sümüyü başının nekrozu baş verir.
Bud sümüyü boynunun sınığı lokalizasiyasına görə 3 cürdür:

1.bazisservikal-bud sümüyü boynunun əsasında yerləşir
2.transservikal-bud sümüyü boynundan keçir
3.subkapital-bud sümüyü başının yaxınlığında yerləşir.

Bundan başqa sınma bucağı da böyük rol oynayır. Sınma bucağı vertikal olduqca sınığın birləşməsi də bir o qədər çətin olur.

Sınıqlar sümüklərin yerdəyişməsinə görə 4 dərəcədə olur.

ƏLAMƏTLƏRİ:




-Xəstə yeriyə bilmir, bud-çanaq oynağında ağrılardan şikayətlənir. Ayağı tərpətdikdə ağrılar artır.
-zədələnmiş ayaq qısalır
-Daban hissəyə vurduqda bud-çanaq oynağında ağrı yaranır.
-xəstə dabanını çarpayıdan ayıra bilmir (yapışan daban simptomu)

Bu əlamətlərdən başqa diaqnoz rentgenoloji müayinəyə əsasən qoyulur.

Konservativ müalicə
Bu müalicə zamanı xəstənin ayağı uzun müddət hərəkətsiz vəziyyətdə qalmalıdır. Bu cür müalicə yaşlı insanlara əks göstərişdi. Konservativ müalicə az effektivdir və yalnız cərrahi müalicəyə əks göstəriş olduqda aparılır.



Cərrahi müalicə:
-bud-çanaq oynağının endoprotezləşdirilməsi
-bud sümüyü boynunun osteosintezi.
Osteosintezinin məqsədi sümüklərin düzgün vəziyyətdə fiksasiyası-
dır. Əvvəlcə cərrah sümükləri düzgün repozisiya edir. (yerləşdirir). Sonra metallik vintlərlə fiksasiya edir. Ağırlaşma olmazsa sümüklər bir neçə aya birləşər. Osteosintez 65 yaşa qədər insanlarda aparılır. Çünki xəstənin yaşı çox olduqca bud sümüyü başının qidalanması daha çox pozulur.

Endoprotezləşdirmə-xəstənin bud-çanaq oynağının süni oynaqla əvəz olunmasıdır. Endoprotezləşdirmə 65 yaşdan yuxarı insanlarda aparılır. Endoprotezləşdirmə birtərəfli və ya ikitərəfli aparılır. Birtərəfli olduqda yalnız bud sümüyünün başı dəyişdirilir.

VİTAL KLİNİKADA BUD -ÇANAQ OYNAĞININ ENDOPROTEZLƏŞDİRMƏ ƏMƏLİYYATI VƏ DİGƏR TRAVMATOLOJİ VƏ ORTOPEDİK ƏMƏLİYYATLAR
YERLİ VƏ XARİCİ MÜTƏXƏSSİSLƏR TƏRƏFİNDƏN UĞURLA HƏYATA KEÇİRİLİR.


Onlayn rezervasiya

Klinikaya gəlmədən öncə onlayn olaraq qeydiyyatdan keçin, uyğun zamanda və növbəsiz xidmətlərdən yararlanın.