anesteziologiya

Anesteziologiya müxtəlif kəskin ağrı zamanı, şok vəziyyətlərdə, travmalarda, cərrahi əməliyyatlarda anesteziya (hissiyatın, həmçinin ağrının itməsi) zamanı istifadə olunan preparatların və metodların öyrənilməsi ilə məşğul olan tibb sahəsidir.
Xroniki ağrıların öyrənilməsi ilə məşğul olan alqologiyadan fərqli olaraq anesteziologiya travma, cərrahi əməliyyatlar, kəskin xəstəliklər və patoloji vəziyyətlərdə yaranan kəskin ağrıların öyrənilməsi ilə məşğul olur. Anesteziologiya reanimotologiya ilə sıx əlaqəli olduğundan anestezoloq anesteziya zamanı həyati vacib parametrləri (tənəffüs, qan dövranı) qoruyub saxlamlıdır.
Əvvəllər cərrahiyyənin bir sahəsi olan anesteziologiya hazırda ayrı bir elm kimi inkişaf edib. Anestezioloq-həkim və revmatoloq-həkim qarşısında duran məsələlər (həyatı vacib orqanların qorunması və orqanizmin daxili mühitinin homeostazının saxlanması) oxşar olduğundan anesteziologiya ilə reanimatologiya yanaşı sahələrdir. Lakin, hər iki sahənin informasiya həcminin fasiləsiz olaraq artması son dövrlərdə dünyada anesteziologiya və reanimatologiyanın ayrı-ayrılıqda inkişafına səbəb olub.
Ağrının öyrənilməsi anesteziologiya elminin yalnız bir məsləsidir. Praktik cəhətdən anesteziologiya 2 məsələni həll edir: cərrahi əməliyyat zamanı, travmatik və ağrılı manipulyasiya zamanı ağrısızlaşdırmanın və miorelaksasiyanın dərəcəsinə nəzarəti və cərrahi stolda xəstənin təhlükəsizliyini, həmçinin xəstənin vəziyyətindən asılı olaraq əlavə analiz tələb edən proseduralara (qanköçürmə və KT zamanı kontras maddələrin yeridilməsi) nəzarəti.


-EPIDURAL ANESTEZIYA
-DOĞUŞUN AĞRISIZLAŞDIRILMASI


Onlayn rezervasiya

Klinikaya gəlmədən öncə onlayn olaraq qeydiyyatdan keçin, uyğun zamanda və növbəsiz xidmətlərdən yararlanın.