Ana südü ilə qidalanma

ANA SÜDÜ İLƏ QİDALANMA

 

 

 


 

ANA SÜDÜ YENİDOĞULMUŞ KÖRPƏ ÜÇÜN ƏN SAĞLAM, ƏN FAYDALI, BÖYÜMƏSİNİ, PSİXİ VƏ VİZİKİ İNKİŞAŞINI TAM TƏMİN EDƏN UNİVERSAL BİR QİDADIR.

Lakin ana südü ilə qidalanma körpə üçün təkcə yemək deyil..

Körpə uşaqlar aglayanda nəyə isə ehtiyacı olduğunu bildirir. Ağlamaq onun istəyini bildirmək üçün, hələlik ki, yeganə vasitədir. Bu təkcə yemək ehtiyacı deyil, həmdə susuzluq, ana ilə yaxınliq ehtiyacı ola bilər. Yeni dogulmuş körpə ana südü ilə qidalanmalıdır. Çünki ana südü uşaq üçün ən optimal, ən faydalı, ən ziyansızdir. Bundan əlavə körpəsinə döş verən ana ilə, uşaq arasında yaranan fiziki kontakt həm uşaq, həm ana üçün çox önəmlidir. 9 ay ana bətnində inkişaf edən körpənin psixo-emosional inkişafı üçün ananın ürək döyüntülərini, qoxusunu, bədənini istisini hiss etmək şox vacibdir. Bu onda təhlükəsizlik, rahatlıq hissi yaradır, gəldiyi dünyaya etibar etməyi öyrədir. Ana südü ilə qidalanan körpə böyüyəndə insanlarla daha asan ünsiyyət yarada biləcək, sosiuma daha rahat uyğunlaşacaq. Ana südü ilə qidalanan uşaq əmərkən fiziki iş görmüş olur. Bu da "yemək üçün işləmək lazımdi” ideyasının təməlini qoyur. Süd əmərkən körpə tək qida ehtiyacını deyil fiziki, sosial, psixoloji və mənəvi ehtiyaclarını təmin edir.

Ana südü Allah tərəfindən yaradılmış unikal bir məhsuldur. Körpənin sağlamlında çox mühüm rol oynayır. Onu immun sistemini inkişaf etdirir, infeksiyalardan, alergiyalardan, disbakteriyozlardan və bir çox xəstəliklərdən qoruyur.

 

 

 


ANA SÜDÜNÜN ÜSTÜNLÜKLƏRI

 

Ana südü hər zaman istifadəyə hazırdır (bişirmək lazin deyil)

Ana südü döşdə xarab olmur ( 2-3 gün qalsa belə)

Ana südü pulsuzdur

Ana südü yanliz sizin uşağınız üçündür

Ana südü körpədə bağırsaq infeksiyalar riskini azaldır

Ana südü körpədə allergik xəstəliklər riskini azaldır

Ana südü körpədə respirator-infüksion xəstəliklər riskini azaldır

Ana südü körpənin normal psixi və fiziki inkişafını təmin edir

Ana südü gələcəkdə piylənmə və şəkərli diabet riskini azaldır

 


Onlayn rezervasiya

Klinikaya gəlmədən öncə onlayn olaraq qeydiyyatdan keçin, uyğun zamanda və növbəsiz xidmətlərdən yararlanın.